Şəhriyar Məmmədyarov turnirin qalibi olub

05 Haziran 2016
1 332
0
Şəhriyar Məmmədyarov turnirin qalibi olub
Şəhriyar Məmmədyarov turnirin qalibi olub

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sayca üçüncü superturnirə yekun vurulub. Feat.az Azerisport.az-a istinadən xəbər verir ki, son turda Şəhriyar Məmmədyarov Aniş Giriyə qalib gəlib.

Həlledici turda lider Fabioano Karuana Sergey Karyakinlə xalları yarı böldüyündən, onun Şəhriyarla xalları bərabərləşib. Karuana ilə Şəhriyar arasında turnirin qalibini müəyyənləşdirmək üçün tay-brek keçirilib. Azərbaycanlı şahmatçı qalib gələrək, turniri lider kimi başa vurub.

9-cu tur
Şəhriyar Məmmədyarov – Aniş Giri (Hollandiya) 1:0
Sergey Karyakin (Rusiya) – Fabiano Karuana (İtaliya) 0,5:0,5
Pentala Harikrişna (Hindistan) – Eltac Səfərli 0:1
Pavel Elyanov (Ukrayna) – Teymur Rəcəbov 0,5:0,5
Hou İfan (Çin) – Rauf Məmmədov 0:1

Turnir cədvəli: Məmmədyarov, Karuana - 6 xal, Giri - 5,5, Karyakin - 5, Məmmədov - 4,5, Harikrişna, Rəcəbov, Səfərli - 4, Elyanov - 3,5, Hou İfan - 2,5.

Tay-brek

Məmmədyarov - Karuana 2,5:1,5
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.