Gözlənilmədən "Zirə"dən ayrılan bombardir Nelson Bonillanın yeni klubu

16 Haziran 2016
1 322
0
Gözlənilmədən "Zirə"dən ayrılan bombardir Nelson Bonillanın yeni klubu
“Zirə”nin hücumçusu Nelson Bonilla komandanı tərk edib. Feat.Az Apasport.az saytına istinadən xəbər verir ki, bu barədə salvadorlu futbolçu özü məlumat verib.

“İnstagram” səhifəsində “Zirə”dən ayrıldığını bildirən Bonilla karyerasını Avropada davam etdirəcəyini yazıb.

Başa çatan mövsümdə 14 qola imza atan forvard böyük futbol ölkələrindən birində çıxış etmək arzusunda olduğunu vurğulayıb: “Azərbaycanda qalmayacam. Ancaq hansı komandaya keçəcəyimi hələ deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, Avropanın ən yaxşı 10 çempionatından birində çıxış edəcəm. Vaxtı gələndə yeni klubumun adını açıqlayacam. Özümü xoşbəxt sayıram, çünki bu il işlərim yaxşı gedib”.

Bonillanın “Zirə”dən ayrıldığını klub rəsmi saytı da təsdiqləyib. Gümüş mükafatçı salvadorlu forvardın yeni komandasının adını da yayımlayıb.

“Zirə”nin rəsmi saytına məsələ ilə bağlı bunlar yazılıb: “Nelson Bonilla ilə ötən il imzaladığımız müqaviləyə əsasən, anlaşmanı daha bir il uzatmaq hüququndan istifadə etmişdik. Bu müddətdə hücumçumuzun transferi ilə bağlı bir neçə klubdan təklif almışdıq. Marketinq baxımından inkişafa nail olmaq, maddi qazanc əldə etmək istənilən peşəkar klubun ən vacib hədəflərindən biridi. Rəsmi müraciətlər arasında Portuqaliyanın “Nasional” klubunun təklifinin klubumuzun siyasəti və hədəfləri baxımından daha uyğun olduğu qərara alındı. Düzdü, digər klubların təklifləri maddi baxımdan daha sərfəli idi, amma həm “Zirə”nin, həm də Azərbaycan futbolunun imici baxımından bu varianta üstünlük verildi. Portuqaliyada Azərbaycan futboluna maraq yaratmaq, yaranacaq əlaqənin gələcək perspektivi baxımından da “Nasional”ın təklifi cəlbedici oldu. Portuqaliya təmsilçisi ilə razılaşma artıq əldə olunub və futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqaviləyə imza atacaq”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.