Qaret Beyl Realda qalacaq - İllik maaşı 10 milyon avro olacaq

31 Ekim 2016
1 446
0
Qaret Beyl Realda qalacaq - İllik maaşı 10 milyon avro olacaq
27 yaşlı futbolçunun bundan əvvəlki müqavilə müddəti 2019-cu ilədək nəzərdə tutulmuşdu


Madridin “Real” futbol klubu uelsli yarımmüdafiəçi Qaret Beylin müqavilə müddətini 2022-ci il iyunun 30-dək artırıb.

27 yaşlı futbolçunun bundan əvvəlki müqavilə müddəti 2019-cu ilədək nəzərdə tutulmuşdu.

Yeni sazışdə onun həm də illik əməkhaqqı məsələsinə də aydınlıq gəlib. Məlum olub ki, Q.Beyl komandanın kapitanı Serxio Ramos qədər əməkhaqqı alacaq. Onun illik maaşı 10 milyon avro təşkil edəcək.

Qeyd edək ki, uelsli futbolçu “Real”a 2013-cü ildə İngiltərənin “Tottenhem” klubundan 101 milyon avroya transfer edilmişdi. O, “Kral” klubunda ikiqat Çempionlar Liqası və 2013/2014-cü il mövsümündə İspaniya kubokunun qalibi olub.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.