Dünyanın ən çox türk azarkeşinə sahib komandasının adı açıqlandı
Feat.Az xəbər verir ki, bu, İranın "Traktorsazi" klubudur.
Təbriz komandasının dünyada 30 milyona yaxın azarkeşi var. "Traktorsazi"nin hər oyununu stadionda demək olar ki, 80 minə yaxın azarkeş izləyir.
Cənubi Azərbaycan təmsilçisinin rəngləri qırmızı-ağ, ləqəbi "Qırmızı qurdlar"dır.
Qeyd edək ki, klub 1970-ci ildə qurulub.
report.az