Gəncədə poçt əməkdaşına silahlı hücum

09 Şubat 2015
1 532
0
Gəncədə poçt əməkdaşına silahlı hücum
Gəncədə poçt əməkdaşına silahlı hücum
Əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Bu gün axşam saatlarında Gəncədə silahlı basqın hadisəsi qeydə alınıb.

Şəhərin Səbuhi Xasıyev küçəsində yerləşən 3 nömrəli poçtdan yığılan pulları mərkəzi poçta idarə etdiyi “VAZ 2106” markalı avtomobillə aparan Tofiq Rüstəmova silahlı və maskalı şəxs yaxınlaşaraq pulları tələb edib. Səbuhi Xasıyev silahlı şəxsə qarşı müqavimət göstərmək istəyərəkən soyğunçu əlindəki tapança ilə onun baş nahiyəsinə bir neçə dəfə zərbə endirib və pulları əldə edə bilmədiyini görərək hadisə yerindən uzaqlaşıb. Zərəçəkən dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir.

Faktla bağlı şəhər Baş Polis İdarəsində soyğunçuluq hadisəsini törətmək istəyən şəxs və şəxlərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.