Azərbaycanlıya görə təyyarə İrəvanda məcburi eniş edib

28 Ağustos 2014
1 662
0
Azərbaycanlıya görə təyyarə İrəvanda məcburi eniş edib

Dubaydan Moskvaya gedən təyyarə İrəvanda yerə enib
Azərbaycanlıya görə təyyarə İrəvanda məcburi eniş edib


Dubaydan Moskvaya gedən təyyarə azərbaycanlı sərnişinə görə İrəvanda məcburi eniş edib.


Hadisə 26 avqust tarixində gecə saatlarında Rusiya aviaşirkətinə məxsusus təyyarədə baş verib. Təyyarənin təcili eniş etməsinə sərnişinlərdən birinin kobud rəftarı səbəb olub. Azərbaycanlı sərnişin uşaqlara sataşmağa başlayıb.


"Təyyarədə xeyli sayda əcnəbi uşaq var idi. Sərnişinlərdən biri uşaqların üzərinə qışqırmağa başladı", -deyə hadisə şahidləri bildirib.


Təyyarədə yalnız qız stüardessalar işlədiyindən sərnişinə müdaxilə etmək üçün kişi sərnişinlərə müraciət etmək lazım gəlib. Onlar çətinliklədə olsa azərbaycanlını oturacağa bağlayıblar.


Bundan sonra təyyarə İrəvan aeroportunda məcburi eniş edib. Təyyarə orada 2,5 saat dayanmalı olub. Pilotlar Azərbaycan vətəndaşını yerli polislərə təslim etmək istəsələrdə bu mümkün olmayıb. Ermənistan tərəfi onu qəbul etməkdən imtina edib.


Polislər tərəfindən qandallanan sərnişin həkimlərin sakitləşdirici iynəsindən sonra yatıb. Yalnız bundan sonra təyyarə Moskvaya uçuşunu davam etdirib. Təyyarə Moskvaya üç saatlıq gecikmə ilə gəlib çatıb. RF polisləri azərbaycanlı sərnişini aeroportda saxlayıblar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.