Azərbaycanda Sevgililər günü neçəyə başa gəlir?

14 Şubat 2015
1 466
0
Azərbaycanda Sevgililər günü neçəyə başa gəlir?
Azərbaycanda Sevgililər günü neçəyə başa gəlir?
Qiymətlərdə bahalaşma var.

Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da 14 fevral Sevgililər günü qeyri-rəsmi şəkildə qeyd olunur.

FeaT.Az xəbər verir ki, ölkəmizdə bu günün sevən bir gəncə neçəyə başa gələcəyini öyrənmək üçün ən çox verilən və sevilən hədiyyənin gül olduğunu nəzərə alıb, şəhərimizin gül dükanlarına üz tutduq.

Beləliklə, bir qızılgül dəstəsi sevgililər üçün neçəyə başa gəlir?

Paytaxt dükanlarındakı satıcıların sözlərinə görə, bu gün ən ucuz gül çobanyastığıdır və onun 1 ədədi 2 manata satılır.

Qızılgülün orta qiyməti isə 3-4 manat civarında dəyişir. Ümumiyyətlə, bir dəstə gül (bağlama qiyməti əlavə 5 manat) 20 manata çatır, dekorativ yarpaqların əlavə olunmasından asılı olaraq, qiymət 25 manatadək yüksələ bilər.

“Adətən müştərilər 5, 7, 9, 11 ədəd yaxud, 1 ədəd qızılgül alırlar. 5 ədəd güldən ibarət bağlama 30 manata satılır. Şəhərin mərkəzi dükanlarında isə gülün bu növünün 1 ədədinin qiyməti 5 manata gəlib çatır”, - deyə, satıcılar bildirirlər.

Hər il bayramqabağı və bayram günlərində olduğu kimi, bu gün də paytaxtın bir çox dükanlarında qiymətlər bahalaşıb – təxminən 1 manat.

Satıcı Kamran və Tahir İbrahimov qardaşlarının sözlərinə görə, aldıqları yerdə gülün qiyməti bahalaşdığı üçün onlar də qiymətləri qaldırmağa məcburdurlar.

“Bu, hər il belə olur”, - deyə, qardaşlar bildirirlər.

Mağazaya gül almağa gələn müştəri Zaur Əliyev isə deyir ki, onun Sevgililər günü münasibətilə təxminən 40-50 manat xərci çıxacaq.

Qeyd edək ki, dünən paytaxt sakinləri arasında keçirdiyimiz videosorğunun nəticələrinə görə, şəhər sakinlərinin bu bayrama münasibətləri birmənalı deyil.

Belə ki, azərbaycanlıların bir qismi 14 fevralı Sevgililər günü kimi qəbul etsə də, digərləri onu dini və milli dəyərlərimizə yad element hesab edirlər.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.