Qiymət bilmək

16 Şubat 2015
1 746
0
Qiymət bilmək
Qiymət bilmək
Qiymət bilmək
Qiymət bilmək
Suda yaşayan balıq suyun qiymətini bilməz, sudan çıxarılınca suya qovuşmaq üçün çırpınıb durar. İnsanlar da belədir. Mövcud nemətlərin şükrünü haqqıyla bilə bilməz, betərin betərini yaşamadıqca çox anlamaz.

Padşah bir qulu ilə gəmiyə minmişdi. Qul heç dəniz görməmiş, gəminin mihnetini dadmamışdı. Ağlamaya, inləməyə başladı. Tir-tir titrəyirdi. Ovutmaq üçün çox çalışdılar, amma heç cür sakitləşmədi. Padşahın kefi qaçdı.

Hər kəs aciz bir vəziyyətdəykən gəmidə olan yaşlı bir adam padşahın hüzuruna çıxdı, icazə buyursanız mən onu susduraram dedi. Padşah da lütf etmiş olarsınız dedi.

Yaşlı adam əmr etdi, köləni dənizə atdılar. Kölə bir neçə dəfə suya batdı çıxdı. Sonra saçından tutdular, gəmidən tərəfə çəkdilər. Kölə gəmiyə yaxınlaşınca iki əliylə sükana möhkəmcə sarıldı, oradan gəmiyə çıxdı, bir küncdə dinc dinc oturmağa başladı.


Yaşlı adamın etdiyi iş padşahı heyrətə saldı. "Bu işdəki hikmət nədir?" deyə soruşdu.
Yaşlı adam cavab verdi: "Kölə əvvəl suya batmanın, boğulma təhlükəsi keçirmənin ağrısını dadmamışdı. Gəmidəki salamatlığın qiymətini bilmirdi. İşdə hüzur və səadət də belədir, bir fəlakət görməyən kimsə, hüzurun qiymətini bilə bilməz."
Qiymət bilmək

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.