Az yatanlar iflic ola bilərlər

28 Ağustos 2014
1 377
0
Az yatanlar iflic ola bilərlər
Az yatanlar iflic ola bilərlər


Az yatmağın insan orqanizminə fəsadlar yarada biləcəyi bir daha təsdiqləndi. Alimlər yeni araşdırmalarında az yatan insanların bir sıra xəstəliklrərə yoluxma riskinin daha böyük olduğunu ortaya çıxarıblar. "Annals of Epidemiology" jurnalında yer alan araşdırma Nyu Yorkda aparılıb. "Western New York Health" adlı araşdırmada 39-79 yaş arasında olan 1455 nəfər iştirak edib. Tədqiqatçılar 6 il müddətində onların həyat tərzlərini təhlil ediblər.

Alimlərin sözlərinə görə, qısa yuxu zamanı bədəndəki qlükoza miqdarı tənzimlənmir, maddələr mübadiləsi pozulur. Bu hal baş verən insanlarda isə 2-ci tip şəkərli diabet, ürək xəstəlikləri və iflic olma riski başqaları ilə müqayisədə 3 dəfə daha artıq olur.

Qeyd edək ki, mütəxəssislər gün ərzində ən azı 7 saat yatmağı məsləhət görürlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.