Yuxularımızı necə xatırlaya bilərik?

30 Mayıs 2016
1 538
3
Yuxularımızı necə xatırlaya bilərik?
Demək olar hamımıza məlumdur ki, yuxuları xatırlamaq çətindir. Əslində bir yuxu oyanmazdan əvvəl sona çatmışdırsa onu xatırlamırıq. Uzun müddətli yaddaş funksiyası yuxu anında passiv olur. O səbəbdən oyanmazdan qısa bir müddət sonra gördüyümüz yuxuların böyük bir qismini unudururuq.

Beyin oyandıqca uzun müddətli yaddaş üçün lazım olanları aktiv hala gətirməyə başlayır. Beləliklə əgər yuxudan qəfil oyansaq bu yuxunu yaddaşımızda saxlamaq şansımız daha çox olur. 2011-ci ildə edilən təcrübə: REM yuxusundan oyandıqdan \ sonra prefrontal kortekslərində daha çox tata beyin-dalğasına sahib insanların yuxuları xatırlamada daha yaxşı olduqları nəticəsinə gəldi. Teta halı: daha yavaş bir tempə, daha rahatlamış bir beyin halına işarədir və daha artıq teta məşğuliyyəti isə oyanarkən yaddaşı gücləndirməyə bağlıdır.

Bir yuxunun duyğusal və ya məntiqi tutarlılığı da yuxularımızın yadda saxlanılmasına təsir edir. Edilən bir təcrübə daha az məntiqli yuxuların daha aydın və mütəşəkkil yuxulara nisbətdə daha az xatırlandığını göstərib.

Bəzi üsullar yuxuları xatırlamağımıza kömək edə bilər. Oyandıqdan sonra diqqətimizi çəkən hər hansı bir şey də yuxuları xatırlamağı əngəlləyə bilər, ona görə də yuxuya gedərkən özünüzə yuxularınızı xatırlamaq istədiyinizi xatırladın.Yuxudan əvvəl düşündüyünüz şeylər bunlar olsun. Yatağınızın yanına bir dəftər və bir qələm qoyun və təsvir edə bildiyiniz bir görüntü və ya hiss varsa bunu qeyd edin. Sadə olan bu addımları izləmək bütün yuxunu bir film kimi geriyə çəkməyinizə səbəb ola bilər.
kenquru.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Hamisi yadimda qalmir görursen nesen olur sonra yadima duşur ki men bunu yuxuda görmuşem
  2. my_angel
    Baxir ne yuxu...Atami gorduyum yuxular yadimda qalmir.Ancaq bawqa yuxular yadimda qalir anguished
  3. ALA GOZ
    Eh yadımda qalmır .xeyri yoxdu
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.