Başınız, ayağınız ağrıyırsa, kələmi götürün və... – İSTİFADƏ QAYDASI

08 Temmuz 2016
1 762
0
Başınız, ayağınız ağrıyırsa, kələmi götürün və... – İSTİFADƏ QAYDASI
Bu yazını oxuduqdan sonra sinənizə və ayaqlarınıza kələm yarpaqları qoymağa başlayacaqsınız.
Kələm yarpaqları bədəndəki bir çox xəstəliyi maqnit kimi çəkir, tiroid vəzi problemləri, baş ağrıları kimi spesifik xəstəliklərin müalicəsində çox faydalıdır. Ehtiyac duyduğumuz hər şeyi dərhal təbiətdən tapa bilərik və bu təbii dərmanlar bəzən aptekdən aldıqlarımızdan daha təsirli olur. Bu təbii müalicələrin çoxunun yan təsirləri isə olmur.
Kələm da bu cür təbii dərmanlardan biridir. Süfrələrimizdə tez-tez yer alan kələmin başqa sahələrdə də istifadəsi mümkündür.
Əmizdirmə ağrıları
Əmizdirmə səbəbindən döşlərinizdə şiddətli ağrılar varsa, həmin bölgəyə kələm yarpaqları qoyaraq ağrını yüngülləşdirə bilərsiniz. Bunu gecə-gündüz tətbiq edə bilərsiniz.
Yarpaqları soyuq su ilə yuyun və köklərini yarpaqların ortasına qədər kəsin. Döş uclarınızı açın və sinənizi kələm yarpaqları ilə bükün. Sonra büstqalterinizi geyinin. Bu formada 20 dəqiqə və ya yarpaqlar isinənədək saxlayın. İstəsəniz, təkrarlaya bilərsiniz.
Tiroid vəzi problemləri
Tiroid vəziləri hormonal inkişaf, maddələr mübadiləsi və həzm sistemi orqanlarının fəaliyyəti baxımından çox əhəmiyyətlidir. Tiroid vəzilərinin qarşısını almaq üçün boğazınıza kələm yarpaqları qoyun (təbii ki, çöldən). Sonra yarpaqları sarğı bezi ilə bükün və gecəni bu şəkildə keçirin.
Qabarıqlıq
Qollarınız və ya ayaqlarınızda qabarıqlıq meydana gəlirsə, bölgəni təzə kələm yarpaqları ilə sarıyın. Üstünə sarğı bezi dolayın və yarpaqları çıxarmadan yatın.
Baş ağrıları
Gicgahınıza və başınızın üst bölgələrinə təzə kələm yarpaqları qoyaraq, ağrılardan xilas ola bilərsiniz. Sonra da yarpaqları sabit tuta biləcək bir papaq taxın.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.