İnsan yaddaşını və diqqətini necə möhkəmləndirməli

31 Temmuz 2016
1 730
0
İnsan yaddaşını və diqqətini necə möhkəmləndirməli
Bəzi insanlar yaddaşından tez-tez şikayət edir, yəni deyirlər ki, yaddaşları pisdir. Bu ifadə düzgün deyil. Yaddaş pis olmur, sadəcə olaraq yaddaşdan düzgün faydalanmırlar. Yaddaşdan şübhələnərək, insan ona az etibar edir. Deməli, yaddaş az işləyir. Ona görə də yaddaşı daimə işlətmək lazımdır. Fikirləşməyin ki, mexaniki yadda saxlama məsələni tam həll edir, yaddaşın işi diqqətdən də asılıdır, odur ki diqqət barədə də fikirləşmək lazımdır.

Diqqət – yaddaşın izidir


Monten düzgün nəticə edib. O diqqəti kəsər ilə müqayisə edib, hansı ki bizim yaddaşda dəqiq iz saxlayır. Axı nəyi isə yadda saxlamaq üçün fikrinizi toplamaq çox vacibdir.

Məhz ona görə də çox saylı məşqlər həm yaddaşın, həm də diqqətin inkişafı və möhkənləndirilməsi üçün eyni zamanda istifadə olunmalıdır. Diqqət və yaddaş insandan konsentrasiya tələb edir, hansı ki, hətta ən xırda nüansları və faktları sonradan xatırlamağa kömək edir.

Eyni zamanda yaddaş və diqqəti belə möhkəmləndirmək olar:

Hər hansı bir əşyanı götürün və 30 saniyə ərzində diqqətlə ona baxın. Bunu edəndə fikiriniz və baxışınız yayınmamalıdır. Sonra gözünüzü bağlayın və gördüyünüz simanı yenidən şüurunuza gətirin. Bəzi detallar dəqiq xatırlanmırsa, bir dəfə də həmin əşyaya baxın. Bu proseduru o qədər təkrar edin, haçan ki əşyanın simasını tamamilə dəqiq görəcəksiz.

Keçmiş günü bütün təfsilatlar ilə xatırladın. Gün ərzində nə olubsa, ətraflı heç bir hadisəni unutmadan, bir-bir sayın. Bunu edərkən, fikriniz yayınlanmasın. Nəticədə günün ətraflı təsviri alınmalıdır. Hansısa əhvalatı unutmusuzsa, dincəlin və yarım saatdan sonra eyni hərəkətləri təkrar edin.

Diqqət üçün 2 məşğələ:

Əks haqq-hesab. İki yüzdən başlayaraq birə kimi sayın. Sayarkən hər növbəti rəqəmdən üç rəqəmini çıxın.

Səs təcrübəsi. Hər hansı bir şeyə qulaq asın, qulaq asarkən yavaş-yavaş səsini minimal həddə kimi azaldın – ancaq elə bir həddə kimi, dediqləri başa düşənisiz. Sakit səs sizi son dərəcədə fikrinizi cəmləşdirməyə məcbur edir. Üç dəqiqədən artıq bu məşğələni etməyin.

Asan yadda saxlamaq üçün üç şərt:

Bəzən biz bu şərtləri istifadə edərkən, onlar barədə fikirləşmirik: söhbət təəssüratdan, assosiyasiyadan və təkrar etmədən gedir.

Hər nə isə yadda saxlayarkən, parlaq surət yaradın, qavramanı emosional edin. Sizin yaddaçınızda qalan hansısa bir faktla bunu əlaqələndirin. Hökm deyil ki məntiqli əlaqələr yaradasınız, bəzən təəcüblü və mənasız assossiyasıyalar daha da yaxşı yadda saxlamağa kömək edir.

Təkrar etmə yaxşı yadda saxlamaq üçün çox vacibdir. Yalnız onu bilin ki, mexaniki yaddaş ən yaxşı uşaqlarda inkişaf edib, illər ödtükcə yaddaş sönür. Ona görə də, nəisə yadda saxlayarkən, hökmən assossiyasiyaları və konsentrasiyaları istifadə edin, çünki yaddaşi və diqqəti möhkəmləndirmək o deməkdir ki, siz onları öz təyinatı üzrə istifadə edirsiz.

Yaddaşın və diqqətin qayğısına qalın

Yorulmuş, həyəcanlı və məşqetməmiş bir insan çox çətin fikrini toplaya bilər. Zehni iş üçün yaxşı şərait yaratmalısız:

1. Yuxunuzu alın – belə olduqda beyin yaxşı işləyir. Təmiz havada olun, işinizdə fasilə yaradın, işlədiyi otağın havasını tez-tez dəyişin.

2. Ehtiyat ilə dərmanları istifadə edin. Bəzi sakitləşdirici, ağrıkəsən, antiallerqen dərmanlar yaddaşın və konsentrasiyanın müvəqqəti itkisi ilə nəticələnir.

3. İçkini və siqareti azaltmağa çalışın – bunlar beyinin işini ağırlaşdırır.

4. Yaddaşın və diqqətin qayğısına qalın, çalıçın ki onlara çox yük düşməsin. Həzz ilə, az porsiya və fasilələrlə məşqul olun.

5. Və nə qədər yaşınız olsada, öz etibarlı yaddaşınıza və itaətkar diqqətinizə əmin olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.