Bu xəbərdən sonra hamı kitab oxuyacaq

16 Ağustos 2016
1 791
0
Bu xəbərdən sonra hamı kitab oxuyacaq
Araşdırmalar sübut edib ki, kitab oxumağı sevən insanların ömrü uzanır. Feat.Az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı tədqiqatçılar kitab oxuyanların oxumayanlara nisbətən daha uzun ömür yaşadıqlarını müəyyən ediblər.

“Open Culture” adlı internet saytının 3 min 635 insan arasında apardığı araşdırmada, həftədə 3.5 saatdan az kitab oxuyanların, daha çox oxuyanlara nisbətən daha az ömür yaşadığını ortaya çıxarıb. Kitab oxuyanların ömrü isə, heç oxumayanlara nisbətən iki il daha uzun olur. Gündə ən azı yarım saat kitab oxuyanlar, oxumayanlarla müqayisədə yaşamaq müddəti baxımından əhəmiyyətli bir üstünlüyə sahibdir. Araşdırmada bunun səbəbinin nə olduğu barədə isə heç bir məlumat verilmir. Daha əvvəl də bəzi araşdırmalar oxumanın iqtisadi baxımdan tutmuş, ruh sağlamlığına qədər fərqli sahələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsiri olduğunu sübut edib.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.