Görməni yaxşılaşdırmaq üçün bunları edin! - FAYDALI MƏSLƏHƏTLƏR

19 Ağustos 2016
1 822
0
Görməni yaxşılaşdırmaq üçün bunları edin! - FAYDALI MƏSLƏHƏTLƏR
Müasir insanlar arasında görmə problemləri olduqca çox yayılıb. Bunun səbəbi kompüterlərdə uzun müddət ərzində işləmək, müasir telefonlar, 3D-televiziya və s.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, insanın gözləri demək olar bütün gün ərzində gərgin vəziyyətdə olur ki, bu da nəticədə görmənin pisləşməsinə gətirib çıxardır.

Həkimlərin müşahidələrinə görə 50% hallarda görmənin pisləşməsinin səbəbi gözlərin həddindən artıq yüklənməsi və görmə gigiyenasının olmamasıdır.
Bəzi sadə vasitələr bizə görməni qoruyub saxlamağa kömək edir. Bu vasitələr arasında:
1. Göz gimnastikası
Göz gimnastikasını gün ərzində bir neçə dəfə etmək lazımdır. Bu gərginliyin azalmasına, qan dövranının yaxşılaşmasına kömək edir.
2. Massaj
Massaj göz əzələlərinin gərginliyini azaldır. Gözlərinizi yumun və yüngül hərəkətlərlə barmaqların ucları ilə göz almalarını massaj edin.
3. Palminq (Beyts metodu)
Yorulanda biz tez-tez bu hərəkəti edirik. Dirsəklərinizi masaya qoyun və əllərin ovucları ilə gözlərinizi bağlayın (gözlər yumulu olmalıdır). Bu vəziyyətdə bir neçə dəqiqə ərzində qalın. Beliniz düz olmalıdır.
4. Qaragilə ilə kök şirəsi
Kök və qaragilə gözlər üçün vacib olan əsas vitaminlərlə olduqca zəngindir. Şirələri qarışdırıb içmək lazımdır.
5. Yoqa
Yoqların fikrinə görə suya, oda və aya baxdıqda görmə yaxşılaşır.
6. Kompreslər
1 ç.q. çobanyastığı və 1 x.q. doğranmış cəfərini 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün, sonra dəmləmədə pambıq parçanı isladın və gözlərin üzərinə qoyub 3-5 dəqiqə uzanın. Belə kompreslər həm dəriyə müsbət təsir edir, həm də gözləri dincəldir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.