Feat.Az

Ayaqqabı Seçməyin Yolları

Xəbər / Maraqlı / Çanta - Ayaqqabı / Qadın Dünyası / Qadın gözəlliyi
16:00, 18-08-2016
1 463
Ayaqqabı Seçməyin Yolları
Qadınların çoxu ayaqqabı seçimində çətinlik çəkir. Çox zaman bir neçə müxtəlif cür ayaqqabıdan xoşu gəlsə də, onlardan hansını alacağı mövzusunda tərəddüd edir. Feat.Az lent.az-a istinadən sizi düzgün ayaqqabı seçməyin bir neçə yolu ilə tanış edir.

* Ayaqlarınız kökdürsə, yığılan və qırışan uzunboğaz çəkmələrdən uzaq durun.

* Ayaqlarınız incədirsə, düz, babet formalı ayaqqabılar yerinə, biləkdən bağlı, nazik hündürdaban ayaqqabılara üstünlük verin.

* Ayaq biləkləriniz qalındırsa, biləkdən bağlı və ya biləyi açıqda saxlayan modellər sizə uyğun deyil. Babet formalı çəkmələr qalın biləkli ayaqlar üçün ideal seçimdir.

* Qısa boylu xanımlar iri dabanlı ayaqqabılardan uzaq durmalıdırlar. Ayaq biləklərini ön plana çıxaran platforma və ya nazik daban ayaqqabılar qısa boylu qadınlar üçün doğru seçimdir.

* Qalın biləkli xanımlar diqqəti biləklərə yönəldən modelləri unutsunlar.

* Bədəniniz armud şəklindədirsə, ayaq boyunu uzadacaq zərif ayaqqabılar seçməniz daha doğru olar.

* Hündür boylu xanımlar platforma, stiletto, plomb daban kimi modellərdən uzaq olmalıdırlar.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz