Əgər çılpaq yatsanız…

27 Ağustos 2016
2 619
0
Əgər çılpaq yatsanız…
Müxtəlif ölkələrdə aparılan araşdırmalar nəticəsində çılpaq yatmağın yaxşı yuxu yaratmaqla bərabər, bir çox faydası olduğu da məlum olub.

Feat.Az-ın məlumatına görə, Avstraliya, Niderland və ABŞ-da çılpaq yatmağın faydaları araşdırılıb.

Avstraliyada aparılan araşdırmaya görə, sağlam bir şəkildə yuxuya getmək üçün bədən istiliyinin düşməsi çox əhəmiyyətli rol oynayır. Qalın pijamalar və corablar bədənin yuxudan əvvəl özünü soyutmasına maneə törədir. Yəni çılpaq yatmaq, insomnia (yuxusuzluq) xəstəliyinə həll ola bilər.

Uzun və dərin yuxunu təmin edir

Hollandiyada aparılan araşdırmada isə elm insanları təcrübə üçün bir qrup insana bədənin istililiyini salan termal pijamalar geyindirib. Təcrübə zamanı məlum olub ki, bu pijamaları geyinən insanlar daha dərin bir yuxuya gedib və bu uzun müddət davam edib.

Qarın piylərindən xilas edir

ABŞ-da aparılan araşdırmada isə, soyuq bir otaqda yatan kişilərin daha çox kalori yandırdığı və insulin həssaslığının daha inkişaf etmiş olduğu müəyyən edilib. Gecələr bədəni təbii yollarla soyutmaq, kortizol hormonunu da aşağı salır. Bu da iştahı qeyri-sağlam qidalara deyil, sağlam qidalara yönələcək şəkildə nizamlayır.

Qocalmanı gecikdirir

Yuxu, böyümə və melatonin hormonlarının ifrazında daha çox əhəmiyyətlidir. Bunlar ən təsirli anti-aging hormonlarıdır. Çılpaq yatmağın yuxu keyfiyyətini artırdığı nəzərə alındığında, yaşlanmağa qarşı təsiri də ortaya çıxır.

Qan axınının təşkili

Biləyinizi sıxan corab, belinizə basdıran şalvar, altınıza sıxışan köynək kimi geyimlər yuxuda qan axışını çətinləşdirər. Çılpaq yataraq daha sağlam qan axışını – ürəyə, əzələlərə və damarlara yaxşı qan axınını təmin edə bilərsiniz.

Amerikalıların 8%-i çılpaq yatır

Qeyd edək ki, amerikalıların yalnız yüzdə 8-i çılpaq yatarkən, Avropada bu nisbət daha yüksəkdir. Məsələn, ingilislərin üçdə biri çılpaq yatır.
qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.