Həyat qadınının gündəliyi

25 Ağustos 2016
3 099
0
Həyat qadınının gündəliyi
Fahişəxanaya düşməyim tam 3 il oldu. Heç xəyal etmədiyim yerdəyəm. Əslində tam fərqli xəyallarım vardı.
Əxlaqlı, dürüst bir yoldaşım olsun və ondan da uşaqlarım olsun deyə xəyallar qurardım, bütün gənc qızlar kimi.
Hələ 23 yaşında olmağıma baxmayaraq 80 yaşında menopoza girmiş qadın kimi hiss edirəm özümü. Sevgi nədir bilmirəm, kimsəni sevmədim kimsə də məni sevmədi… İnsanların bir çoxu evli və ehtimalla
uşaqları olduğu halda pul qarşılığı bədənimə sahib olar, işi bitdikdən sonra da həqiqətən maraqlanmış kimi bura necə düşdüyümü soruşarlar… İçimdən gülər və get deyərəm. Get aldatdığın qadına get, get əxlaqsız olduğun halda əxlaq dərsi verdiyin uşaqlarına get…
Bu gün 25 yaşında olduğunu təxmin etdiyim müştərim gəldi. Uzun boylu saçlı və olduqca yaraşıqlı biriydi.
Həyatında ilk dəfə əlaqəyə girəcəyi hər halından bəlli idi. 3 ildə artıq kimin evli, kimin subay ya da kimin əlaqə mövzusan da təcrübəli,kimin təcrübəsiz olduğunu gözünə baxar - baxmaz anlaya bilirdim. Onsuz da həyatın tək öyrətdiyi şeydə bu idi mənə. Olduqca utancaq idi. İlk dəfə əlaqəyə girənlərdə olan adi şeylər onda da vardı. Qorxu, müvəffəqiyyətli olub - ola bilməyəcəyinə dair narahatlıq, utancaqlıq və s. duyğular. Heç aşiq oldunmu ? deyə soruşdu. Bu sual qarşısında olduqca çaşmışdım. Gözləmədiyim bir sual idi. Çünki bura gələnlərdən biri
ilk dəfə aşiq olub - olmadığımı soruşmuşdu. Mənə çox uzaq olan bu mövzu qarşısında nə cavab verəcəyimi bilə bilməz
olmuşdum, ağlım dayanmışdı sanki.
Titrək bir səslə xeyr dedim. Heçmi ? deyə təkrar soruşdu. Heç dedim. Bu günə qədər mövcud olan amma fərqində
olmadığım içimdə böyük bir boşluq olduğunu hiss etmişdim. Sevgi nədir bilməyən sevmək və sevilmək nədir bilməyən birinin eşqə də uzaq dayanması hərhalda normal bir şeydir deyə düşündüm. Ağıımda bu düşüncə dönüb dayanarkən digər tərəfdən də soyunmağa başlamışdım. Üzərimdəki tişörtü çıxartmışdım. Üst tərəfimdə
iç geyim və altımda mini ətək qalmışdı yalnız. Bustqalterin qarmaqcığını həll edərkən soyunma zəhmət olmasa dedi. Bura
əlaqəyə girmək üçün gəlmədim dedi. Çaşmışdım yenə. Qarışıqlıqla birlikdə yaxşı bura əlaqəyə girməyə gəlmədin də xətirimi soruşmağamı gəldin dedim zarafat bir şəkildə. İkimiz də gülüşdük… Mən ,mən şey…
Söyləmək istədiyini söyləmirdi kəkələyirdi. Zəhmət olmasa rahat ol, madam bura əlaqəyə girməyə gəlmədin otur danışaq dərdin nəymiş öyrənək dedim… Yatağın üzərinə oturduq. Mən dedi. Yenə ilişdi. Təkrar mən dedi və bu səfər davamını gətirdi: Mən bir qıza dəli kimi aşiqəm. Ona olan sevgim üzündən heç bir qızla əlaqəyə girmədim. Hər qızda onu axtarıram. Doğrusunu söyləmək lazım olsa bura artıq nəzarət etməkdə çətinlik çəkdiyim cinsi duyğularımı təmin etmək üçün gəlmişdim. Amma yenə edə bilmədim ağlıma o gəldi. Sevirəm onu bütün ürəyimlə, bədənimlə, ruhumla. Sən eşq nədir bilmədiyin üçün bəlkə də indi mənə içindən gülürsən.
Anlayıram səni. Olduqca çaşmışdım. Bu zamanda bu qədər dürüst insan tapmaq olduqca çətin idi. tapan da dəyərini
bilmirdi onsuz. Ağlayaraq otaqdan çıxdı və getdi. Kim bilər hara gedirdi. Bəlkə də öz itmişliyinə, təkliyinə doğru gedirdi. Kim bilər…
Demək ki eşq belə bir şeymiş.

Eşq: Dünyadakı bütün qızları tək qız etməkmiş.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.