Enerji içkiləri: Onların təsiri

31 Ağustos 2016
1 486
0
Enerji içkiləri: Onların təsiri
Enerji içkiləri həqiqətən enerji verirmi? Müasir dünyanın ən yayılmış içkilərin orqanizmə təsiri nədir?

Bu içkilər enerji vermir, sadəcə orqanizmin ehtiyyat enerjisini istifadə etməyə məcbur edir. Bu içkilərin içindəki taurin zülal sintezində iştirak edir. Anidən həyəcanlananda, əsəbləşəndə bu maddənin qandakı miqdarı azalır və sonra bərpa olunur.

Bizim kənardan yüksək dozada aldığımız taurin zülal sintezini artırır və hərəkət aktivliyini artırır. Başqa bir maddə isə kofeindir. Kofein halsızlıqda, yorğunluqda sinirlərin ötürücülük qabiliyyətini artırır. Kofein də bizim orqanizmimizdə lazım olan qədər ifraz edilir, amma kənardan yüksək dozada qəbul olunmuş kofein orqanizmimizi həddindən artıq hiperaktivləşdirir.

Bunlardan əlavə yüksək dozada karbohidrat mübadiləsini alovlandıran maddələr var. Bütün bunların orqanizmimizdə ifraz olunmasına baxmayaraq, kənardan yüksək dozada qəbulu bizim orqanizmimizdə bu maddələrin ifrazını azaldır və orqanizm kənardan bu maddələri almağa öyrəşir və beləcə getdikcə dozanı artırmağa məcbur oluruq.

Enerji içkilərini içən uşaqlar çox əsəbi, hiperaktiv və yersiz dərəcədə çılğın olurlar, belə uşaqlarda axşamlar sidikqaçırma daha tez-tez baş verir.

Bu içkiləri içməyə vərdiş etmiş insanlar istifadəni dayandıran zaman yorğun, halsız və əsəbi olurlar. Belə insanların iş qabilyyətləri çox aşağı olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.