Qısaboylu xanımlar üçün: Hündür görünmək üçün necə geyinməli?

Qısaboylu xanımlar üçün: Hündür görünmək üçün necə geyinməli?
Daha uzun görünməyin yolları, ya da qısa boylular necə geyinməli?

Qısa boylusansa qısa geyin


Bu mövzuda örnək qadınların başında Miroslava Duma gəlir. Boyu 1.50 sm olan bu xanım daha çox mini ətək və paltarlara üstünlük verir. Bu mini geyimləri isə mütləq dabanlı, platform və ya plomb dabanlı ayaqqabılarla kombinləyir. Burada sirr qıçın tam görünməsindədir. Əgər qısa boylusunuzsa diz və dizdənaşağı ətəklərdən uzaq qaçmalısınız.

Trapes şalvarlara üstünlük verin


Qıçlara tam oturan, dizdən aşağı azca bollaşan şalvar modellərinə qarderobunuzda daha çox yer ayırın. Belə şalvarlarla dabanlı ayaqqabılar geyinin. Qalın dabanlı ayaqqabılar isə bu tip şalvarlarla əla kombindir. Ayaqqabıların dabanı şalvardan görünməməlidir. Belə kombin üçün üstə isə çox geniş və uzun olmayan geyimlər seçilməlidir ki, bel görünərək daha gözəl görüntü versin.

Maxi ətəkləri unutmayın


Maxi ətəklər xanımları daha uzun göstərir. Burada əsas sirr doğru kəsimli ətəyi seçməkdir. Qabarıq, qat-qat olan maxi ətəklərdən uzaq durmaq lazımdır. Daha çox birrəngli və tünd maxilərə üstünlük verin. Kombin olaraq da dabanlı botlar, sandallar və ayaqqabılar seçin.

Ayaqqabılarınızı yaxşı seçin


Hər zaman feminəl modellərə üstünlük verin. Feminəl ayaqqabılar qıçları daha uzun göstərməyə kömək edir. Ayaqların üstündən baxanda ayaqlar görünürsə bu tip ayaqqabılar qısa boy xanımlar üçün idealdır. Babetlər, sivriburun stilleto və platform ayaqqabılar bura daxildir. İdman stilində ayağınızın üzərini tamamilə örtən ayaqqabılardan qaçın. Biləkdən bağlanan ayaqqabılar da qısa boylular üçün deyil. Amma birinci punktda qeyd etdiyimiz kimi, Miroslava Duma tərzində geyim seçsəniz, bu zaman biləkdən bağlanan hündür dabanlı ayaqqabılar geyinə bilərsiniz. Mütləq nude (dəri rəngli) ayaqqabıları qarderobunuzdan əksik etməyin.

Birrəngli geyinin


Qısaboylusunuzsa o zaman monoton stildən əlavə monoton rəng də sizlikdir. Başdan ayağa bir rəng geyinsəniz həm olduğunuzda uzun, həm də incə görünərsiniz. Parlaq tək rənglərdən isə uzaqlaşın. Daha çox tünd rəngləri seçsəniz o zaman bu işdə uğurlu olarsınız. Qara, tüng göy, tünd yaşıl və bordo rəngli geyimləri qarderobunuza mütləq əlavə edin.

Hər zaman yüksəkbel geyimlər istifadə edin


Fərq etməz yüksəkbel ətək, şalvar və ya şort. Bu tip geyimlər diqqəti yayındırar və boyun uzun görünməsinə səbəb olar. Qısa boylu olub kilolu olan xanımlar yüksəkbel şalvarlar geyinməməlidir.

Böyük çantalardan isə istifadə etməyin


Oversized çantalar trend ola bilər, amma unutmayın ki, bu tip çantalar boyunuzu daha da qısa göstərər. Qısa boylu xanımlar, sizin üçün kiçik əl çantaları, çarpaz asqılı kiçik çantalar və çox böyük klatçlar əvəzolunmazdır.

Saçlarınızı təpədən topuz yığın


Çoxlarının imtina etmədiyi saç stili olan topuzları boyunuzun qısalığını önə çıxarmamaq üçün də rahatlıqla istifadə edə bilərsiniz. Saçlarınızı tam təpədən topuz yığsanız bu işi bacararsınız.

Üfüqi xətlərdən uzaq qaçın, şaquli xətləri isə sevin


Şaquli xətlər boyu uzun göstərər. Amma burada diqqət edilməli nüans xətlərin qalınlığıdır. Şaquli qalın xətli geyimlər insanı kilolu və daha da qısa boylu göstərir. Buna görə də şaquli incə xətli geyimləri seçsəniz qazanmış olarsınız.

İncə kəmərlər istifadə edin


Qalın kəmərlərinizi kənara tullayın! İncələri isə qarderobunuza əlavə edin. Amma yenə də burada bir nüansa diqqət etməlisiniz: kəmərin rəngi köynək, paltar və ya pencəyinizin rəngi ilə eyni və ya yaxın çalarda olmasıdır. Bununla da qıçları uzun göstərib, bədəni iki hissəyə bölmədiyiniz üçün xoş görünüş yaratmış olarsınız.

Həmişə V yaxalı geyimlər geyinin


V yaxalı üst geyimlər gözləri yanıladaraq onu geyinəni daha uzun göstərər. Hətta sadəcə uzun göstərməz, həm də, daha arıq göstərər.

Qısa saçlara üstünlük verin


Uzun saçların qısa boyları daha da vurğuladığı hamıya məlumdur. Qısa boylusunuzsa o zaman çiyinlərdən olan saçlar sizin üçün ideal saç modelidir. Bunun üçün daha çox kare saçlar (bob kəsimli saçlar) daha uyğundur. Hətta uclardan bir az uzun olsalar gözəl olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.