Saç Rəngini Açmanın Təbii Yolları

11 Eylül 2016
3 335
0
Saç Rəngini Açmanın Təbii Yolları
Saç rəngini açmanın təbii yolları

Limon
Bu meyvə saç rəngini açmanın bitki mənşəli yollarındandır.
Limon suyu, əsrlərdir qadınlar tərəfindən təbii saç rəngi açıcı olaraq istifadə edilir.
Saçınız nəm edin, ona limon suyu sürtün və 20 dəqiqə gözləyin sonra yuyun.
Limon suyu sürtdüyünüz saçınızla günəşləndiyinizdə, bu təsir daha da, güclənəcəkdir.

Karbonat
Sirkə kimi, karbonatda saç şampuanlarına alternativ olan və saç rəngini açan bir maddədir.
Duşa girdiyinizdə, saçlarınızı islatdıqdan sonra, saçınıza karbonat səpin və ovalayın.
Karbonat təbii saç rəngi açma üsullarındandır.

C Vitamini
Bu vitamin yalnız bədənimizin gündəlik ehtiyacı olan bir vitamin deyil, ayrıca təbii saç rəngi açıcısıdır.
5-10 C vitamini həbini əzin və ya, kapsula halındadırsa partladıb mayeni çıxarın.
Toz halına gətirdiyiniz bu dərmanı, şampununuza əlavə edin.
Bu qarışıqla saçlarınızı yumağa davam etsəniz, saç rənginiz təbii yol ilə, açılacaq.

Sirkə
Sirkə, saçları bəsləyən və saç rəngini açan bir maddədir.
Duşdan sonra saçınızı sirkəli su ilə yuyun.
Daimi olaraq bu tətbiqə davam etdiyinizdə, saç rənginizin açılmağa başladığını görəcəksiniz.

Qara çay
Qara çay, saç rənginizi açmanın təbii üsullarından biridir.
2-3 yemək qaşığı çayı dəmləyin və bunu saçınıza tətbiq edin.
Saçınızda yarım saat gözlədib yuyun.

Bal
Su ilə balı qarışıtıb saçınıza bunu tətbiq edin, buraxın yarım saat saçınızda qalsın.
Daha sonra isə, günəşlənin beləliklə, bu üsul daha yaxşı təsir edəcəkdir.
azadqadin.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.