Hər gün qəbul edilməsi lazım olan 6 qida

22 Eylül 2016
1 762
0
Hər gün qəbul edilməsi lazım olan 6 qida
Bəzi qida maddələri vardır ki, biz onları demək olar hər gün qəbul edirik. Amma onların orqanizmdə toksiki maddələrin və turşuluğun artmasına səbəb olduğunu bilmirik. Hansı ki, bu qidalar illərlə orqanizmə öz pis təsirini göstərməklə bəzi psixoloji faktorların, stresslərin, hətta bəzi xəstəliklərin əmələ gəlməsinə səbəb olurlar. Bu qidalar bizi hər gün az miqdar zərərli dərman vasitəsi kimi zəhərləyirlər. Həmin qidalara aşağıdakılar aiddir:
- şəkər tozu
- qida dadandırıcıları
- bəzi düyü növləri
- qazlı içkilər
- konserv edilmiş ət və ət məhsulları və s.
Feat.Az immunitet.az-a istinadən bildirir ki, ən pisi də bu qidaların orqanizmdə əmələ gətidriyi patologiyaların qarşısını almaq üçün müasir tibbdə bir vasitə üsulu yoxdur. Özümüzə yeganə yardım edə biləcək həkim özümüzük və onu da bu qidalardan uzaq durmaqla həyata keçirə bilərik.
Orqanizmin sağlam yaşaması üçün bir çox göstəricilərlə bərabər bədənin pH balansının da normada olmasıdır. Orqanizmin pH balansı insanın yediyi qida maddələrindın birbaşa asılıdır. pH balansının normal olması orqanizmdən kalsium, maqnezium, protein, zülal, kaliumun bağırsaqlardan normal
sorulmasına yardım edir. Orqanizmdə turşuluğun çox olması bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Ona görə də qida qəbul edən zaman çalışıb bədənin turşu balansını normada saxlamaq lazımdır.
Orqanizmin turşu balansının normallaşdıran və orqanizmdə toksinlərin məhvinə səbəb olan 6 qida vasitəsi vardır ki, bunların hər gün qəbulu çox faydalı hesab edilir:
1. Qırmızı, ağ və ya qara turp.
15 dəqiqə buxarda bişirilərək yeyildikdə toxluq hissi vermıklıə yanaşı orqanizmə böyük faydası var.
2. Kələm.
Kələmin bütün növləri orqanizmim vitamin və pH balansının ödənməsində iştirak edir.
3. İri yaşıl yarpaqlı bitkilər.
İspanaq, pazı, tənək yarpağı tərkibindəki K və C vitaminləri ilə orqanizmin müqavimətini və sağlamlığını artırır.
4. Sarımsaq.
Sarımsaq insan orqanizmi üçün möcüzəli dərman vasitəsi sayılır.
5. Qırmızı acı bibər.
Orqanizmin endokrin fəaliyyətini artırmaqla yanaşı güclü antibakterial təsirə maikdir. A vitamini qaynağıdır və orqanizmdə xəstəlik əmələ gətirən sərbəst radikallara qarşı müdafiədə durur.
6. Limon.
Limon orqanizm üçün faydalı sayılan meyvələrin ən birincisi sayılır. Təbii dezinfeksiyaedici xüsusiyyəti limonun viruslara qarşı təsir gücünə malik olduğunu təsdiqləyir. Soyuqdəymə, öskürək və mədə qıcqırmasında çox faydalıdır, qaraciyər fəaliyyətini artırır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.