Baş ağrısından dərmansız qurtulun – TƏBİİ YOLLARI

24 Eylül 2016
1 739
0
Baş ağrısından dərmansız qurtulun – TƏBİİ YOLLARI
Baş ağrısı ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Bir çox insan baş ağrısının keçməsi üçün dərmandan istifadə edir. Lakin bu xoşagəlməz haldan təbii yollarla da xilas ola bilərsiniz. Feat.Az baş ağrılarından xilas olmağın təbii yolları ilə sizi tanış edir.

- Limon aromaterapiyası bir çox xüsusiyyətləri sayəsində baş ağrısına yaxşı təsir edir. Bir parça limonu əlinizdə ovuşturup məcun konsistensiyası halına gətirin, üzünüzə və alnınıza sürtün.

- Baş ağrılarının müəyyən səbəblərindən biri də stressdir. Stressdən əzələlər sərtləşir və baş-boyun ağrısıyla başlayıb baş ağrısına çevrilə bilər. Boynunuzu və çiyninizi hərəkət etdirərək, kiçik məşqlər edin. Oturduğunuz kreslonun rahat olması əhəmiyyətlidir.

- Stressə bağlı baş ağrıları zamanı yastığınıza bir neçə damcı lavanda yağı damcıladın, sonra yatın.

- Başınız ağrıdıqda barmağınızla basaraq ağrının qarşısını ala biləcəyiniz nöqtələr var. Bu nöqtə baş barmağınız və işarə barmağınızın arasında qalan oynaq nöqtələridir. Bu nöqtəni yüngülcə sıxın və yumru hərəkətlər halında təzyiq tətbiq edin.

- Miqren qaynaqlı baş ağrısı zamanı işığa həssaslıq artır. Buna görə də qaranlıq otaqda istirahət edə bilərsiniz.

- İsti duş boşalma hissi yaradır. Duşa girə bilmirsinizsə, ayaqlarınızı isti su dolu bir qaba qoya bilərsiniz.

- Başınıza buz torbası qoymaq da baş ağrısını keçirə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.