Qadın Evdə Tək Olarkən Başıaçıq Şəkildə...

26 Eylül 2016
2 112
0
Qadın Evdə Tək Olarkən Başıaçıq Şəkildə...
Qadın evdə tək olarkən başıaçıq şəkildə və ya qoluaçıq paltarda namaz qıla bilərmi?

Feat.Az islam.az-a istinadən bildirir ki, Şəriətimizin bəzi hökmləri insanlarla sosial münasibətlər zəminində tənzimlənir və təklikdə bu hökmləri qorumaq ya ümumilikdə, ya da həmin həddə vacib deyil. Məsələn, qadın naməhrəmlərdən bütün bədənini örtməlidir, yalnız sifətini və biləkdən aşağı əllərini açıq saxlaya bilər. Evdə tək olarkən və ya məhrəmlərin yanında bu qədər örtünməyə ehtiyac yoxdur. Amma elə hökmlər var ki, başqa adamların görüb-görməməsindən asılı olmayaraq hər bir şəraitdə öz qüvvəsini saxlayır. Namazda qadının örtünməsi də bu qəbildəndir. Qadın, onu kiminsə görüb-görməməsindən asılı olmayaraq, sifəti, biləkdən aşağı əlləri və topuqdan aşağı ayaqları istisna olmaqla bütün bədənini örtməlidir. Eləcə də, qadının namaz paltarı şəffaf və dar olmamalıdır. Bu şərtlər qəsdən qorunmasa, namaz batil olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.