Kərə Yağının Evdə HAZIRLANMA QAYDASI

21 Eylül 2016
1 733
0
Kərə Yağının Evdə HAZIRLANMA QAYDASI
Həkimlər daha sağlam bir həyat üçün kərə yağı istifadə etməyi məsləhət görür. Bəs kərə yağını evdə hazırlamaq istəyərsiniz? Feat.Az evdə kərə yağı hazırlamağın qaydasını təqdim edir.

Evdə kərə yağı hazırlamaq düşündüyünüz qədər çətin deyil. Çiy süddən ayırdığınız süd qaymağıyla kərə yağını evdə asanlıqla hazırlaya bilərsiniz.

Lazım olan ərzaqlar:
1 kasa süd qaymağı

Süd qaymağı necə hazırlanır?
Çiy südü qaynatdıqdan sonra vam odda üzəri qaymaq bağlayana qədər bişirin. Altını söndürüb soyuması üçün kənara qoyun. Soyuduqdan sonra qazanı bir gecə soyuducuda saxlayın. Südün üstünə yığılan qaymağı toplayaraq kasaya yığın.

Kərə yağının hazırlanma qaydası
1 kasa süd qaymağını mikserlə çırpın. Yağ krem halına gəlib süddən ayrılırsa, deməli doğru eləmisiniz. Yağı süzgəcə qoyub taxta qaşıqla xəfifcə basın.
Üzərine bol miqdarda soyuq su tökün. Yaxşıca bərkiyən kərə yağını soyuducuya qoyun.
Nuş olsun!
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.