Hər Gün Təkrarladığımız - 7 Səhv Hərəkət

29 Eylül 2016
1 326
0
Hər Gün Təkrarladığımız - 7 Səhv Hərəkət
Hər gün çimirsiniz? Hər gün dişinizi fırçaladıqdan sonra su ilə ağzınızı yaxalayırsınız? "Xeyirli" bildiyiniz şeylər əslində zərərli ola bilər. ATV.az Türkiyə mətbuatına istinadən onları təqdim edir:

Hər gün çimməyin zərərləri: Həddən çox isti su, dərini qıcıqlandıran sabunlar dərinin yağ tarazlığının pozulmasına, sallanmasına, quruluq kimi problemlərə gətirib çıxara bilər. Çox insanların həddən artıq çimdiyini söyləyən mütəxəssislər onlara dərini qurutmayan, sabunsuz bədən gelləri, bədən kremləri, parafin ehtiva edən kremlər və ilıq su məsləhət görür.

Gündə 8 saat yatmaq: Yuxu araşdırmaları üzrə mütəxəssis Cim Horme xeyirli hesab etdiyimiz 8 saatlıq yuxunun əslində yorğunluğa səbəb olduğunu söyləyib. Onun fikrincə, saatlarla yatmaqdansa arada fasilələrə qısa yatmalar daha xeyirlidir. Buna görə hər 4 saatdan bir 15 dəqiqə şirin yuxuya getmək gecə 1 saatlıq yuxunu əvəzləyir. Fasilələrlə yatmağı daha xeyirli hesab edən Cim günortadan sonra 2 saat yatmağın insanın ətrafı ilə sağlam münasibət qurmasınada kömək etdiyini söyləyib. Gecə yarısına yaxın yatanlar 3 saat sonra yenidən qalxıb bir neçə saat sonra 4 saat yatsalar, daha gümrah olarlar. Bu da gün ərzində insanın 7 saatlıq yuxu ehtiyacını ödəyir. Gecə yarısı oyanıb sonra yatmamaq ziyandır. Əgər gecə yarısı oyanıb yata bilmirsinizsə, yerinizdə uzanmış halda kitab oxuyun. Onda yuxunuz gələcək.

Dişlərinizi fırçaladıqdan sonra ağızı çox yaxalamaq:
Diş həkimi Fil Stever dişlərinizi fırçaladıqdan sonra ağızı su ilə yaxalamağın lazımlı olduğunu qeyd edir. Ancaq su ilə həddən çox yaxalamaq diş təmizləmə maddəsinin təsirini azaltdığı üçün çox etmənizi məsləhət görmür. Dişlərinizi fırçaladıqdan sonra ən az yarım saat maye qəbul etməyin. Dişlərinizi fırçalayarkən təmizləyici maddəni töküb su ilə islatmayın. Çünki ağzınız yetərincə suludur. Yeməkdən dərhal sonra dişləri təmizləməyin, yoxsa qida qalıqları dişlərin dibinə çökə bilər. Ən yaxşısı dişlərinizi yeməkdən əvvəl təmizləyin.

Müasir tualetdən istifadə etmək:
Deyilənlərə görə, müasir tualetlər bizim sağlamlığımıza ziyandır. Dədə-baba tualetlərində çömələrək oturduğumuzda gərginlik daha az olduğu üçün onlar daha ziyansız hesab olunur.

Təmizlik işləri:
Aparılan araşdırmaya görə, ev işi görməyin insan sağlamlığına ziyan olduğu müəyyən edilib. Amerikada işləyən qadın və kişilər üzərində aparılan araşdırma nəticəsində, işdən sonra dərhal evə gedənlərin təzyiqlərinin digərlərinə nisbətən daha yüksək olduğu müəyyən edilib. Bu da onları gözləyən ev işləri ilə əlaqəlidir. Müəyyən olunub ki, həftədə bir dəfə istifadə olunan təmizlik spreyləri və otaq havalandıran qoxular insanlarda asmaya yoluxma təhlükəsi yaradır.

Yanlış nəfəs almaq:
Yaşlandıqca insanlar yalnış nəfəs almağa başlayırlar. Psixoterapevt və stress mütəxəssisi Nil Şahın sözlərinə görə, yaşlandıqca düzgün nəfəs ala bilmirik. Bu isə ciyərlərimizin dərinliyində köhnə havanın qalması və yeni havanın lap dərinliyə getməməsi ilə əlaqəlidir. Bunun üçün dərindən nəfəs alıb mədənizi şişirtməyə çalışın. Ritmik olaraq, 1 dəqiqədə 12-20 nəfəs alıb verin. Nəfəs aldıqdan sonra nəfəs verərkən bir az gözləyin.

Axşam yeməyindən sonra dincəlmək:
Yeməkdən sonra dərhal yatağa gedirsinizsə, onda çəki artımı ilə qarşılaşacaqsınız. Axşam yeməyindən sonra 20 dəqiqəlik gəzinti daha xeyirlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.