Beyni məşq etdirmək üçün gündəlik işləri...

30 Eylül 2016
1 461
0
Beyni məşq etdirmək üçün gündəlik işləri...
10 il bundan əvvəl Amerikalı neyrobioloq Lorens Kats və yazıcı Menninq Rubin beyni məşq etdirmək üçün çox effektli metodika hazırlayıblar.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, bu metodikanın adı "neyrobika"dır. Metodikanın əsas prinsipi - "gündəlik işlərdə yenilik".

İnsan hər gün eyni işləri görür və bu da beyinin fəaliyyətinə mənfi təsir edir - yaddaş, diqqət, təfəkkür zəifləyir. Bunun qarşısını almaq üçün beyinə daim məşq, yenilik lazımdır.
Neyrobikanın müəllifləri beyni məşq etdirmək üçün bu kimi tövsiyər verir:
- İşə gedəndə yeni marşrutlardan istifadə edin.
- İş yerinizdə tez-tez yeniliklər edin (əşyaların yerini dəyişin, köhnə əşyaları yeniləri ilə əvəz edin).
- Dişlərinizi sağ əlinizlə yox, sol əlinizlə yuyun, düymələri sol əlinizlə bağlayın, kompütürdə işlədikdə mətni sol əlinizlə yığın və s.
- Yarasa məşqi. Evdə gözü yumulu gəzin və bəzi işləri gözü yumulu görün.
- Saç düzümünüzü, makiyajınızı, geyim stilinizi dəyişin.
- Evdə mebellərin yerini dəyişin, yeni yeməklər bişirin və s.
Belə məşqlər həmçinin sinir hüceyrələrin bərpa proseslərini sürətləndirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.