Az yeməyin bədən və ruha 10 müsbət təsiri

26 Eylül 2016
1 559
0
Az yeməyin bədən və ruha 10 müsbət təsiri
Az yeməyin və ac qalmağın bir çox faydaları vardır ki, onlara işarə edək:

1. Ruh və cismin sağlam qalması.

İmam Sadiq (ə) buyurur: "Az yemək - bütün dünya insanları yanında bəyənilən sifətlərdəndir, zahir və batinin faydasınadır".
İnsan qəlbi üçün çox yeməkdən təhlükəli bir şey yoxdur. Çox yemək iki şeyi irs qoyar:
a) Qəlb qəsavətini.
b) Gizli şəhvəti təhrik etməyi.

Feat.Az deyerler.org-a istinadən bildirir ki, çox yeməmək - qəlb və ruh üçün ən gözəl dərmandır. İmam Sadiq (ə) buyurur: "Hər dərd və xəstəlik çox yeməkdən və həzmsizlikdən hasil olur, hərarətdən başqa".
İmam Kazım (ə) buyurur: "Əgər insan yeyən zaman mötədil olarsa, bədəni sağlam qalar".
İmam Əli (ə) buyurur: "Aclıq və xəstəlik bir yerə sığışmaz".
"Çox yemək adətindən çəkinin. Bu iş xəstəliklərin və dərdlərin mənbəyidir".
"Az yemək - nəfsi əziz və sağlamlığı davamlı edər".

2. Pak düşüncə.
İmam Əli (ə) buyurur: "Hər kim yeyən zaman ölçüsü olarsa, sağlamlığı artar və düşüncəsi sağlam qalar".
İmam Səccad (ə) buyurur: "Hər kim Allahı düşünər, Ondan qorxar, Onun üçün iş görərsə, gərək özünü aclıqla təmrin etsin".

3. Yeməkdən ləzzət almaq.

İmam Hadi (ə) buyurur: "Gecə oyaq qalmaq - yuxunu şirin və aclıq - yeməyi ləzzətli edər".

4. Allah yanında ən sevimli əməl.

Həzrət Peyğəmbər (s) buyurur: "Nəfsinizlə cihad edin, aclıq və susuzluğunuzla. Əcri o kəsin əcri kimidir ki, Allah yolunda cihad edər. Allah yanında aclıq və susuzluqdan daha sevimli əməl yoxdur".

5. Hesabı asan edər.

İmam Əli (ə) buyurur: "Hər kim yeməyi az olarsa (yəni az yeyərsə), az hesab verər". Peyğəmbər (s) buyurur:"Xoş olsun o insanın halına ki, yemək yeməsin və aclıq çəksin. Çünki onlar qiyamət günü tox olarlar".

6. İlahi Övliyaların zümrəsinə daxil olar.

Həzrət Peyğəmbərdən (s) souşurlar: "Alicənab insanların əlaməti nədir?". Həzrət (s) buyurur: "Dünyada zindanlıdırlar. Dillərini çox danışmaqdan saxlayarlar. Qarınlarını çox yeməkdən saxlayarlar".

7. Mələklərin sevimlisi olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim haqqı çoxlu təsbih edər, az yeyər və az içər, az yatar, mələklər onun müştaqı olarlar".

8. Hikmət əta olunar.
Həzrət Peyğəmbər (s) buyurur: "Hikmət nuru - aclıqdır. Toxluq Allahdan uzaqlaşmaqdır. Ona görə də tox olmayın ki, mərifət nuru qəlblərinizdə sönər".

9. İbadət.
Həzrət Peyğəmbər (s) buyurur: "Az yemək - ibadətdir".

10. Qəlbin Allahı görməsi.
Həzrət İsa (ə) buyurur: "Ciyərlərinizə aclıq verin. Bəlkə bu yolla qəlbləriniz Allahı görsün".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.