Niyə qadınlar kişilərdən çox yaşayır?

27 Eylül 2016
1 794
0
Niyə qadınlar kişilərdən çox yaşayır?
Təhlillər göstərir ki, bir sıra ölkələrdə qadınlar kişilərdən 8 il çox yaşayırlar. Xərçəng, qan-damar xəstəliklərinə görə çox sayda kişilər öldüyünə görə qadınların ömrü kişilərdən daha uzundur. Məsələn, Yaponiyada qadınlar kişilərdən 10 il çox yaşayırlar.

Tədqiqatlar göstərmişdir ki, qadınların kişilərdən çox yaşamasına səbəb ancaq şərait və mühit deyildir. Bunun genetik təsirləri də vardır.
Feat.Az deyerler.org-a istinadən bildirir ki, hal-hazırda ölümə 7 amil səbəb olur: ürək-damar xəstəlikləri, ağciyər xərçəngi, ağciyər anfizemi, avtomobil qəzaları, qaraciyər sirrozu, intiharlar.
Bir çox kişilərin daha tez ölməsinə səbəb - siqaret çəkməkləridir. Siqaret çəkmək də qan-damar xəstəliklərinə və xərçəngə düçar olur. Alkohollu içkilər içmək də o cür.
Qadınların genetikasına nəzər salan zaman görmək olur ki, XX-dir, ancaq oğlanlarda XY-dir. X xromosomu xəstəliklər qarşısında immunitet yaradar. Bundan başqa, qadınlarda olan estrogen və progesteron hormonları mikrobları məhv edər. Ancaq kişilərdə olan testosteron hormonu bu cür təsirə malik deyildir.
Kişilərdə olan X xromosomu əgər xəstə olarsa, başqa bu cür xromoson olmaz ki, onu neytrallaşdırsın. Ona görə də xəstəliklər özünü büruzə verər. Adətən kişilərdə irsi xəstəliklər qadınlarla müqayisədə daha çox olur. Ancaq qadınlarda belə deyildir.
Qadınlarda bu xromosomlar iki dənə olduğu üçün bioloji cəhətdən daha sağlamdırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.