Dərini canlandırır, qüsurları yox edir - Ağ gil maskası

04 Kasım 2021
3 023
0
Dərini canlandırır, qüsurları yox edir - Ağ gil maskası
Qadınlar üçün dəri ən mühüm gözəllik ünsürüdür. Dərini nəm və sağlam saxlamaq isə çox vacibdir.Gündəlik makiyajdan, qeyri-sağlam qidalanmadan, pis hava şəraitindən dolayı təsirlənən dərimiz canlılığını itirir, yağlı dərilərdə sızanaqlar, qara nöqtələr yaranır və dərimiz qüsurlu hala gəlir.Belə problemlərin də həlli üçün dərimizi canlandıracaq və təmizləyəcək məhsullardan istifadə etmək lazımdır. Dərini gəncləşdirən və yeniləyən gil maskası ilə canlı bir dəriyə sahib ola bilərsiniz.Losyon və digər gözəllik vasitələrinə çoxlu pul xərcləməkdənsə gildən dəri maskaları hazırlaya bilərsiniz. Canlılığını itirmiş qüsurlu dərilər üçün ideal maskadır. Yağlı dərilər üçün məsləhət görülür.

Feat.Az ağ gildən hazırlaya biləcəyiniz effektli maskalar təqdim edir.

Ağ gil dəriyə parlaqlıq qazandırır, daha canlı görünməsini təmin edir. Dəridəki qüsurları yox edir. Yağ ifrazını azaldaraq, yağ balansını tənzimləyir, qara nöqtələri azaldır.

Bütün dərilər üçün ağ gil maskası:


2 xörək qaşığı ağ gil
2 xörək qaşığı su

Bunları bir qabda qarışdırıb təmiz bir fırça ilə təmizlənmiş dərinizə çəkin və 20 dəqiqə gözləyin. Nəm bir parça ilə yavaş şəkildə silin və bol su ilə yuyun. Son olaraq nəmləndirici sürtün.

Ərik çəyirdəyi yağlı ağ gil maskası (qidalandırıcı və təmizləyicidir)


2 yemək qaşığı ağ gil
Ərik çəyirdəyi yağı 10 damcı
Gül suyu

Bunları qarışdırın. Əgər çox qatı olsa, gül suyundan əlavə edərək qarışdırın. Daha sonra üzünüzə çəkin və 10-15 dəqiqə gözləyin. Quruduqdan sonra ilıq su ilə yuyun.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.