Ölüm yatağında olan i̇nsanların ən çox peşman olduğu 5 şey

Ölüm yatağında olan i̇nsanların ən çox peşman olduğu 5 şey
Uzun illər xəstəxanada işləyən tibb bacısı bir çox insanların ölümlərinə də şahid olub. Onların bəziləri ilə ağlasığmaz dərəcədə xüsusi anlar paylaşıb. O, bu ölümlərlə üzləşdiyində mənəvi olaraq çox böyük imtahanlardan keçdiyini deyir. Son saatlarını gördüyü insanların nəyə görə həyatlarını dəyərləndirdiklərini, nələrə görə peşman olduqlarını da dəfələrlə müşahidə edib. Onun sözlərindən yola çıxaraq, sizə ölüm yatağında olan insanların ən çox peşman olduğu 5 şeyi təqdim edirik.

1. Kaş ki, öz istədiyim kimi yaşayardım.


Bu ən çox rastlanan peşmanlıqdır. İnsanlar həyatlarının sonuna gəldiklərini dərk etdikdə, keçmişə daha aydın baxır və nə qədər arzularının reallaşmadığını görürlər. Bəziləri heç arzularının yarısını da həyata keçirməyiblər. Ölərkən isə onlar dərk edir ki, həyat çox dəyərlidir və həyatda olduqları müddətdə arzularını reallaşdırmaq da məhz onların əlində idi.

Buna görə də, heç olmasa arzularının yarısını həyata keçirmək üçün əlindən gələni etməli, başqalarının səni görmək istədiyi kimi deyil, öz istədiyin kimi yaşamalısan.

2. Kaş ki, bu qədər çox işləməzdim.

Bu bir ölüm yatağında olan kişinin peşmanlığıdır. O, övladlarının necə böyüdüyünü də işləməkdən müşahidə edə bilməmiş, arvadı ilə normal münasibətlər yaratmaq imkanı olmamışdır. O, daha az işləməli olduğunu və öz həyatına daha çox diqqət etməsinin lazım olduğuyla bağlı çox böyük peşmanlıq hissinə qapılmışdı.

Bəzən hər birimiz bir tikə çörək və ya böyük uğur ardınca o qədər qaçırıq ki, gözümüzü açanda həyatın yanımızdan ötüb keçdiyini dərk edirik. İnsan əmək və həyata eyni dərəcədə vaxt ayırmalı, həyatın kiçik sevinclərindən böyük həzz almağı bacarmalıdır.

3. Kaş ki, öz hisslərimi ifadə etmək cəsarətim olardı.


Bir çox insan başqalarıyla münasibətlərini korlamamaq üçün hisslərini basdırır, bir çox şeyin üstündən keçir. Özlərinə qarşı bu ikiüzlülüyü edərək, onlar istəmədikləri həyatı yaşamağa məcbur qalırlar. Basdırılmış hisslər isə müxtəlif xəstəliklərin və narahatlıqların yaranmasına yol açır, insanların xoşbəxt olmaq ehtimalını azaldır.

Biz başqalarının reaksiyalarını nəzarət altında saxlaya bilmərik. Səmimi danışdığında insanlar sənə ilk başda sərt reaksiya verə bilərlər, lakin zaman keçdikcə onlar da sənin səviyyənə qalxmağa çalışacaq, ümumiyyətlə sənə yalan danışmaqdan çəkinəcəklər.

4. Kaş ki, dostlarımla əlaqələrimi kəsməzdim.


Köhnə dostların həqiqi dəyərini heç də hamımız vaxtında dərk etmirik. Öz həyatımıza başımız o qədər qarışır ki, zamanla əlaqələrimiz itir və bir-birimizlə görüşmək imkanı yaratmaq üçün vaxt ayırmaq barədə heç cür düşünmürük. Ölüm yatağında olan insanların bir çoxu məhz bununla bağlı peşmanlıqlar keçirir, mənasız səbəblərdən dolayı uzaqlaşdıqları dostlarını görmək istəyirlər.

Məhz buna görə də, vaxtınızın az olması və ya kiçik incikliklər ucbatından uzaq düşdüyünüz dostlarınızla əlaqə qurmalı, onlar keçirdiyiniz zamanın əvəzolunmaz olduğunu dərk etməlisiniz.

5. Kaş ki, özümə xoşbəxt olmağa icazə verərdim.


Bu da ən çox rast gəlinən peşmanlıqlardan biridir. Bir çoxu həyatının son nöqtəsinə qədər xoşbəxtliyin bir seçim olduğunu dərk etmir. Hər hansı bir dəyişiklik etmək qorxusu ilə nəticədə heç istəmədikləri insanlarla istəmədikləri həyatı yaşamağa məcbur olmuş, beləliklə ömürlərini xoşbəxtliyi dadmadan bitirməli olublar.

İnsan ölüm yatağında olanda, başqaların düşüncələri haqqında fikirləşmək heç ağlının ucundan da keçmir. Ona görə də, bu gün etdiyiniz səhvlər haqqında gec olmadan düşünün.
pahoo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.