Nə yediyini de, sənin kim olduğunu deyim - Test

09 Ekim 2016
2 935
0
Nə yediyini de, sənin kim olduğunu deyim - Test
İlk dəfə qədim yunanlar qidanın insanın nəinki fiziki sağlamlığına, həm də ruhi sağlamlığına, yəni əhvalına təsir etdiyi fikrinə gələrək "biz nə yeyiriksə, ona da çevrilirik" ifadəsini dilə gətiriblər. Təbii qidalanma Assosasiyasının müasir yapon ekspertləri isə bildiriblər: "Nə yediyini de, sənin kim olduğunu deyim".

Mütəxəssislər uzun illər apardıqları təcrübələrdən belə nəticəyə gəliblər ki, qida vərdişi və qida rasionu insanın xarakterini, həyat tərzini və hətta karyerasındakı müvəffəqiyyətlərə də təsir edir. Qəbul edilən qidalara görə, insanları bir neçə tipə ayırmaq olar.

Feat.Az bildirir ki, exobaku.com nimçələrdəki yeməklərə görə insan haqqında hansı məlumatların əldə edilə biləcəyini aydınlaşdırıb.

Ət yeməkləri yeyənlər
Bifşteks sevərlər coşqun ehtiraslı olmaları ilə seçilirlər: onlar impulsiv, inadkar və yüksək libidoya sahib olmaları ilə fərqlənirlər. Ət xörəklərini sevənlər tez-tez nailiyyətlər əldə edirlər. Belə insanlar tənqidə pis münasibət göstərirlər, stress isə onların ən yaxın yoldaşıdır. Ətin fanatları digər insanlara nisbətən daha çox damar və mədə xəstəliklərindən, o cümlədən artıq çəki problemlərindən əziyyət çəkirlər.

Tərəvəz sevərlər

Vegeteryanlar fəallıqları, iddialı olmaları və hər şeylə maraqlanan olmaları ilə seçilirlər. Onlar enerjilərini professional fəaliyyətlərə yönəltməklə öz işlərində yüksək uğur əldə edirlər. Kələm suflesi və yaşıl smuzi sevərlərin zəhməti ətrafdakı insanların diqqətindən kənarda qalmır. Onlar sülhsevər və sakit insanlardır. Öz sağlamlıqlarının qayğısına qalmağı çox sevirlər.

Meyvə sevərlər
Giləmeyvə sevənlər daha həssas və mehriban olurlar. Onlar xoşbəxtliyi bir parça şirəli meyvə dilimlərində tapırlar, karyeralarına diqqətsiz yanaşırlar. Ehtiras və rəqabət hissi onlara yaddır. Meyvə musslarını sevənlər daha çox yeniliklər haqqında düşünürlər. Buna görə də, belə insanlar öz yaradıcılıq imkanlarını göstərə bildikləri peşələri seçirlər. Meyvə həvəskarları hisslərini cilovlamağı bacarırlar və sevgi münasibətlərində cəsarətsiz olurlar.

Balıq sevərlər

Dəniz ilbizi və nərə balığı sevənlər sakit və sabitdirlər. Onlar etibarlı və səbrlidirlər. Onlarla dünyanın o biri ucuna kəşfiyyata gedə bilərsiniz. Dəniz məhsullarını sevənlər asanlıqla özlərinə dostlar tapırlar, kolleqalarının onlara hörmətindən istifadə edirlər. Onlar ailənin dayağıdırlar, amma söhbətcil deyillər. Ətrafdakı insanlarla münasibətdə onlar qapalıdırlar.

"Yandırıcı" yemək fanatları

Yandırıcı çili istiotu onların xarakterinə təsir edir. "Yandırıcı" yemək sevərlər qızğın etirasa sahibdirlər. Macəra axtarışı onların qanındadır. Sevgidə və cəzbetmədə onlar mahir ustadırlar. Əgər onların eqoizmi və qətiliyi olmasa, onların əvəzi olmazdı.

Yağlı yemək sevənlər

Yağlı yemək sevənlər şən və çevik insanlardır. Onlar ünsiyyət qurmadan yaşaya bilməzlər və həyatı çox sevirlər. Eyni zamanda zəhmətsevərdirlər, karyera pilləsində ən yuxarı zirvəyə qalxmağı bacarırlar. İncəsənətdə də məharətlidirlər. Onların cazibəsinə heç kim tab gətirmir, amma həddindən artıq düzgünlüyü həmsöhbətini yaralaya bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.