Qışda əllərə qulluq - 9 MƏSLƏHƏT

17 Kasım 2021
1 636
0
Qışda əllərə qulluq - 9 MƏSLƏHƏT
Qışda əllərimizin dərisi soyuq havanın, şaxtanın, soyuq küləyin mənfi təsirinə məruz qalır. Bütün bunlar dərini quru, həssas edir, dəri qızarır, qabıq verməyə başlayır, üzərində çatlar və ləkələr əmələ gəlir. Əllər hər zaman ön plandadır. Bu səbəbdən əl dərisinin pis vəziyyətdə olması heç bir qadına (və həmçinin də kişiyə) gözəllik vermir. Qış aylarında əl dərisini yaxşı vəziyyətdə saxlamaq üçün bu kimi məsləhətlərdən istifadə edə bilərsiniz:

1. İlk növbədə əllərinizi nə soyuq, nə də isti su ilə yumayın, ilıq su ilə yuyun və duru sabunlardan istifadə edin. Əllərinizi mütləq yaxşı qurulayın və hər yumadan sonra dəriyə hər hansı nəmləndirici krem çəkin.
2. Çölə çıxdıqdan əvvəl əllərinizə qidalandırıcı krem sürtün.
3. Çölə əlcəksiz çıxmayın.
4. Hər axşam yatmazdan əvvəl əllərinizə zeytun yağı sürtün, bir qədər gözləyin və sonra pambıq əlcəkləri taxın. Səhər əllərin dərisi sağlam və parlaq görünəcək. Zeytun yağı dəri üçün çox xeyirlidir. Dərini daha sağlam və cavan edir.
5. Əgər dərizində xırda çatlar varsa, çay ağacı yağında istifadə edin (yatmazdan əvvəl dərinizə çəkin). Bu yağ antiseptik xüsusiyyətlərinə malikdir.
6. Həftədə bir neçə dəfə əlləriniz üçün qidalandırıcı maskalar edin.
- 1 dənə orta ölçüdə kartof bişirin, əzin, 2 xörək qaşığı ilıq süd və 1 xörək qaşığı zeytun yağı əlavə edin və qarışdırın. Daha sonra əllərinizi alınmış "püre"yə salın (isti olmamalıdır) və soyana kimi belə saxlayın. Sonra əllərinizi ilıq su ilə yuyun (sabunsuz) və istənilən qidalandırıcı krem çəkin.
- 2 xörək qaşığı yulaf yarmasını qaynar suda dəmləyin. Bir qədər soyandan sonra 1 dənə yaxşı çalınmış yumurta sarısını və 1 çay qaşığı qliserin yağı əlavə edin, qarışdırın və əllərinizi bu maskanın içərisinə salın. Sonra əllərinizi ilıq su ilə yuyun (sabunsuz) və istənilən qidalandırıcı krem çəkin.
7. Salonlarda əllər üçün xüsusi parafın bürünmələri edirlər. Bu prosedur çox effektlidir.
8. Ev şəraitinidə də çox effektli bürünmələr etmək olar. Əvvəl əllərinizi soda əlavə olunmuş ilıq suda bir qədər saxlayın. Bundan sonra istənilən maskalar və ya kremlər dəriyə daha yaxşı hopulur.
Daha sonra əllərinizə qalın qatla istənilən yaxşı qidalandırıcı krem çəkin, əllərinizə sellofan paketləri taxın və dəsmala bürüyün. 15 dəqiqədən sonra paketləri və dəsmalı götürün, dəriyə hopulmamış krem qalıqlarını salfetlə silin. Belə bürünmələri həftədə bir neçə dəfə etmək olar.
9. Bəzi qadınlarda qışda əllərdə piqment ləkələr əmələ gəlir. Bu ləkələrlə mübarizə etmək üçün ləkələri gün ərzində bir neçə dəfə limonun dilimi ilə sürtün.

saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.