Çin Məsəlləri,maraqli,maraqli yazilar,2016,2017,dahilerden,yaxşı, bilər, başqa, tələsmə, saymağa, deyən, adamı, olmaz, yollar, demək, narahat, qədər, insan, deyil, yanlış, varsa, deyirsən, İstedadın, deyib, dostsuz

Çin Məsəlləri

Çin Məsəlləri
Ən uzun yolçuluq da birinci addımdan başlayır.

***
Qismətində görüşmək olanlar bir-birinə qırmızı iplə bağlıdılar. İp uzana bilər, dolaşa bilər, amma heç vaxr qırılmaz. Onlar görüşəcəklər, nə vaxtsa, hardasa və necəsə.

***
Qüsurları üzə deyən adamı düşmən saymağa tələsmə; yaxşı cəhətləri üzə deyən adamı da dost saymağa tələsmə.



***
Yaşam bicliyi ondadı ki, cavan öləsən, amma mümkün qədər gec.

***
İtirdiyin hər şeyi tapa bilərsən, zamandan başqa.

***
Ləngiməkdən qorxma, dayanmaqdan qorx.

***
Təcrübə - keçəl olduqdan sonra əlimizə keçən daraqdır.

***
Sakitçilik yaxşı istiqamətə dəyişməyəcəksə, nəsə danışıb onu pozmağa dəyməz.

***
Güclülər maneələri qət edər, müdriklər bütün yolu.

***
İçində gülüş olan koma, kədərə bürünmüş saraydan yaxşıdır.

***
Axmağın xoşbəxtliyi də səfehcədir.

***
Büdrəmək və yıxılmaq hələ o demək deyil ki, yanlış yoldasan.

***
Dünyaya parlaq tərəfdən baxmağa çalış. Parlaq tərəfini tapmırsansa,
tutqun tərəfi parıldayınca təmizlə.

***
Baş verən hər şey öz vaxtında baş verir.

***
Hara üzdüyünü bilməyənlər üçün səmt küləyi olmaz.

***
Bilmədiyinə görə narahat olma, öyrənmədiyinə görə narahat ol.

***
Müəllimlər yalnız yolu göstərir, getmək sizə düşər.

***
Külək nə qədər güclü olsa da, dağ ona baş əyməz.

***
Dedin inandım, təkrar etdin - şübhələndim, israr etməyə başladın,
əmin oldum ki yalan deyirsən.

***
İstedadın varsa, bəxtim gətirmir deyib geri çəkilmə.

***
Qüsursuz dost olmur; qüsurlara bənd olsan dostsuz qalarsan.

***
İstirahət etməyi bacarmayan adam yaxşı işləməyi də bacarmaz.

***
Üzü qızaran adamın qəlbi qara olmaz.

***
Bədbəxtlik, onun üçün açılan qapıdan gələr.

***
Yüz ilə qurulanı da bir saata uçurmaq olar.

***
Eyni yastığa baş qoymaq hələ o demək deyil ki, eyni yuxu görüləcək.

***
Min gün kiməsə kölgə olmaqdansa, bir gün özün ol.

***
Müdrik insan dərin çay kimi sakit axar.

***
Hər kəs uzaq səfərdən başqa bir insan kimi qayıdar.

***
Ən yaxşı döyüş, baş tutmayan döyüşdür.

***
Dağ daşımış adamlar xırda daşlardan başlamışlar.

***
Çıxışsız yollar yoxdur, yanlış yollar var.

***
Öz səhvlərinə gülməyi bacar.

***
Ağac əkmək üçün 20 il əvvəl ən yaxşı vaxt idi. Növbəti ən yaxşı vaxt bu ildir.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz