Bundan sonra istədiyiniz qədər sarımsaq yeyə bilərsiz!
Feat.Az sizə sarımsaq qoxusunu asanlıqla dəf edən bir neçə məsləhət verəcək. Bundan sonra çox rahatlıqla və istədiyiniz qədər sarımsaq yeyəcəksiniz.
Ən sadə və bildiyimiz üsul – gigiyenadır. Yəni dişləri dərhal yaxşıca fırçalamaq, diş sapı ilə təmizləmək, təravətləndirici meyelərlə ağız boşluğunu yaxalamaq;
1 fincan qaynar yaşıl çay, süd və ya kofe içmək qoxunu aradan qaldırmağa kömək edəcək.
Dəfnə yarpağı - ən effektiv üsuldur, düzdür, onu ağızda çeynəmək elə də rahat deyil, amma tez bir zamanda qoxudan xilas olmaq istəyirsinizsə, bu üsulu sınayın.
Sarımsaq qoxusunu aradan qaldıran ən maraqlı vasitələrdən biri də hil toxumlarıdır. Əksər evlərdə olan, şor qoğal, şəkərburada istifadə etdiyimiz hili çeynəyin və müsbət təsirini dərhal görəcəksiniz.
1 st. su + 0,5 ç.q. duz + 0,5 ç.q. çay sodası – yaxşıca həll edib, qarqara edirsiniz.
Nanə yarpaqlarını istər yaş, istər quru halda çeynəyə bilərsiniz. Nəfəsiniz çox təravətli olacaq.
Çoxlu meyvə yeyin - ən faydalı üsul! Əsasən də, alma, armud, üzüm, gavalı, şaftalı kimi meyvələr sarımsağın, həmçinin soğanın da qoxusunun qarşısını alacaq.
Sitrus meyvələrin şirəsini (limon – su ilə qataraq, portağal, qreypfrut və s.) içmək də bu mövzüda köməyinizə gələ bilər.
sufrem.az