Payız və qışda kökəlməmək üçün diqqət etməlisiniz
Ədviyyatlara daha çox yer verin
Dadını sevmədiyiniz üçün yemədiyiniz yeməklər olanda onlara ədviyyatlar əlavə edin. Yulaf, manna yarması, qatıq kimi qidaların içərisinə darçın, kakos kimi ləzzət qatacaq ədviyyatlar səpin. Beləliklə, faydalı olub amma dadını sevmədiyiniz qidaları da qəbul etməyə başlayacaqsınız.
İsti qidalarla orqanizminizi mükafatlandırın
Soyuq aylar həm fiziki, həm də psixoloji olaraq insana təsir edən aylardır. Bədən istiliyinizi sabit saxlayacaq və maddələr mübadiləsini qoruyacaq enerjiyə ehtiyac duyarsınız. Bu səbəblə də isti şorbalar yeməyə çalışın, lifli yaşıl tərəvəzlər, soğan və sarımsaq qəbul edin. Eyni zamanda qırmızı bibər, zəncəfil və bitki çayları da bədən istiliyinizi yüksək saxlayacaq. Bu da, sağlam qidalanmaqla çəkinizi artırmağa qoymayacaq.
Dənli bitkiləri düzgün seçin
Sağlam qidalanarkən dənli bitkiləri rasionunuzdan tamamilə çıxarmamalısınız. Bunun əvəzinə sizə lazım olan düzgün dənli bitkini seçməlisiniz. Məsələn, qlutensiz dənli bitkilərdən hazırlanan qidalar həm sağlam qidalanmağınıza, həm də çəki almamağınıza yardımçı ola bilər.