Bürclərə inanmaq, ona görə ailə həyatı qurmaq düzgündür?

Bürclərə inanmaq, ona görə ailə həyatı qurmaq düzgündür?
Feat.Az zikr.az-a istinadən bildirir ki, münəccimlik və ya ulduz falı göydə baş verən hadisələrin yerdə olacaq məsələlər ilə əlaqələndirilməsinə deyilir. Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni demişdir:"Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Hudeybiyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və nama­zı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu:
"Bilirsinizmi, Rəbbiniz nə buyurdu?"
Əshabələr: "Allah və Onun elçisi daha yaxşı bilir"- dedilər.
Pey­ğəm­bər dedi: "Allah buyurdu: "Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. "Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndəril­miş­dir"- deyənlə­rə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. "Yağış bizə filan və filan ulduz­a görə na­zil ol­muş­dur"- deyənlərə gəldikdə isə, onlar Mənə küfr et­miş və ulduzlara iman gətirmişlər". (əl-Buxari, 846).
Hədisdən göründüyü kimi yağışın ulduzun sayəsində yağmasına inanmaq Allaha küfr etməkdir. Həmçinin, ulduzların və planetlərin insan taleyinə təsir etməsinə inanmaq da küfr hesab olunur. Uca Allah buyurur:
"Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır" (Loğman, 34).
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.