Ağarmış saçları rəngləmək üçün TƏBİİ FORMUL
Lazım olan vəsaitlər:
6 ədəd döyülmüş yaşıl qoz
3 ədəd qırmızı soğan qabığı
1 çimdik dəfnə yarpağı
1 ədəd qırmızı almanın qabıqları
1 xörək qaşığı qara çay
1 çay qaşığı qərənfil
1,5 litr su
Qoz, qırmızı soğan qabığı, dəfnə yarpağı, qırmızı almanın qabıqları, qara çay və qərənfili 1 litr yarım suyun içində 10 dəqiqə qaynadıb çay kimi dəmləyin. Hər gün saç diblərinizə sürtün.
Bu qarışım saçınızı həm qidalandırır, həm də rəngini tündləşdirir.
Qeyd: Sarı saçlı xanımlar üçün uyğun deyil. Və qarışım 3 gündən bir yenilənməlidir.
lent.az