Quru saçlar kabusunuz olmasın – Evdə çarəsi

17 Ocak 2021
2 292
0
Quru saçlar kabusunuz olmasın – Evdə çarəsi
Yağlı saçları olanlar quru saçı olanların nələr çəkdiyini bilə bilməz. Cansız, mat, solğun görünən quru saçlar üstəlik sizin enerjinizi də soldurmuş olur. Xüsusilə qış aylarında dəridə rastlanan qabıqlanma, quruma problemi saçlarda da yaşanır. Feat.Az bunun qarşısını almaq üçün evdə hazırlaya biləcəyiniz təbii formullar təqdim edir.

Zeytun yağı

İsidilmiş zeytun yağını baş dərinizə və saç tellərinizə sürtərək bir neçə dəqiqə yavaş-yavaş masaj edin. Ardından ilıq bir dəsmalla saçlarınızı sarıyın. Ən az 30 dəqiqə saçlarınızı belə saxlayın. Gecə yatmadan da bunu edib səhərə kimi saçlarınızı belə saxlaya bilərsiniz.
Səhər oyandığınızda saçlarınızı şampunla yuyun.

İsti yağ

Bu üsul uzun illərdir istifadə edilir.
Əgər isti yağla saçlarınızı və dibini ovxalasanız, baş dərinizdə qan dövranı yaxşılaşacaq. Bundan başqa yağ saçınızı kökündən ucuna kimi qidalandıraraq, canlanmasını təmin edəcək.

Avokado maskası

Ərzaqlar:


1 ədəd əzilmiş avokado
1 yumurta ağı
1 yemək qaşığı duru yağ (zeytun, hindqozu, qərənfil və s. yağlardan biri)

Hazırlanması:


1 ədəd avokadonu yaxşıca əzin və püre halına gətirin. İçinə yumurta ağını əlavə edin. Əgər istərsəniz, yağ və qatıq da istifadə edə bilərsiniz. Bunları qarışdırıb krem halına gətirin. Bütün saçınıza çəkib 30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Mənbə:lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.