Əmin olmadığınız bir şeyə əl qoymayın - Sonrakı peşmançılıq fayda verməz!,maraqli hekayeler,intresting,2017
Ana səhifə

Əmin olmadığınız bir şeyə əl qoymayın - Sonrakı peşmançılıq fayda verməz!

07 Dekabr 2016
450
0
Əmin olmadığınız bir şeyə əl qoymayın - Sonrakı peşmançılıq fayda verməz!
Şeytanın yolu bir kəndə düşmüş , kürəyini bir ağaca söykəmiş və buzovu payaya bağlı olan inəyi sağan gənc bir qadını uzaqdan izləməyə başlamış . Şeytan , qadını neçə saat izlədikdən sonra buzovun ipini bir az boşaltmış. Buzov da anasının sağılmasını aç qarınına izləməyə daha çox dözə bilməmiş. Tərpəndikcə boyundakı ip bir az daha boşalmış və sonunda ip açılmış. Qaçaraq anasını əmməyə gedən buzov , süd qabına vurmuş və bütün süd yerə tökülmüş . Sağdığı süd ziyan olunca hirsi başına çıxan gənc qadın , əlinə keçirdiyi odunu buzovun başına vurmuş. Bala qan içində yerə yıxılmış. Balasına hücum etdiyini görən inək bir təpiyə qadını öldürmüş .
Uzaqdan keçməkdə olan qadının qayınatası, inəyin gəlininə öldürdüyünü görüb, əlindəki tüfənglə atəş edərək inəyi öldürmüş . Silah səsini eşidən ər qaçıb gəlmiş . Arvadını yerdə cansız yatar , atasını da əlində tüfənglə görüncə, silahını çəkib tək atışla atasını öldürmüş. Qısa bir müddət sonra həqiqəti öyrənən gənc adam, bu qədər ağrıya dözə bilməyəcəyini düşünüb bir güllə də özunə çəkib , özünü öldürmüşdür .

Şeytan gülərək , indi hər şeyin cavabdehi olaraq məni görərlər . Buzovun ipini boşaltmaqdan başqa nə etdim ki , mən?
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz