Ana səhifa

Nə qədər utancaqsınız ?- TEST

Xəbər / Maraqlı / Testlər / Maraqlı Yazılar / Psixologiya
09 Aralık 2016
1 156
0
Nə qədər utancaqsınız ?- TEST
1. Yeni insanlarla tanış olmaqdan…
a) Həmişə çəkinirəm.
b) Bəzən çəkinsəm də, bəzən çəkinmirəm.
c) Heç vaxt çəkinmirəm.

2. Tanımadığınız bir insandan bir yer və ya bir ünvan soruşmaq lazım gəlsə…
a) Heç vaxt soruşa bilmərəm.
b) Bəzən soruşa bilsəm də, bəzən soruşa bilmərəm.
c) Həmişə soruşa bilərəm.

3. Məktəb direktorunuzla (və ya sinif rəhbərinizlə) danışmaqdan…
a) Həmişə utanıram.
b) Bəzən utansam da, bəzən utanmıram.
c) Heç vaxt utanmıram.

4. Təkbaşına alış-verişə getmək…
a) Həmişə çətin gəlir.
b) Bəzən çətin gəlsə də, bəzən çətin gəlmir.
c) Heç vaxt çətin gəlmir.

5. Cəmiyyət qarşısında danışmaqdan…
a) Həmişə utanıram.
b) Bəzən utansam da, bəzən utanmıram.
c) Heç vaxt utanmıram.

6. Qonaq getdiyiniz insanlarla ünsiyyət qurmaqda…
a) Çətinlik çəkirəm.
b) Bəzən çətinlik çəksəm də, bəzən çəkmirəm.
c) Heç vaxt çətinlik çəkmirəm.

7. Başqalarının yanında səhv etməkdən…
a) Həmişə ehtiyat edirəm.
b) Bəzən ehtiyat etsəm də, bəzən etmirəm.
c) Heç vaxt ehtiyat etmirəm.

8. Yoldaşlarınız arasında özünüzü ifadə etməkdə…

a) Həmişə problem yaşayıram.
b) Bəzən problem yaşasam da, bəzən problem yaşamıram.
c) Heç vaxt problem yaşamıram.

9. Yeni mühitə uyğunlaşmaq…

a) Həmişə problem olur.
b) Bəzən problem olsa da, bəzən problem olmur.
c) Heç vaxt problem olmur.

10. Özünüzə yeni dost və ya yoldaş axtardıqda…

a) Həmişə çətinliklə qarşılaşıram.
b) Bəzən çətinliklə qarşılaşsam da, bəzən çətinliklə qarşılaşmıram.
c) Heç vaxt çətinliklə qarşılaşmıram.

Və nəticə…
“c” bəndi çoxluq təşkil edənlər:

Verdiyiniz cavablardan yeni insanlarla tanış olmaqdan çətinlik çəkməyən, yeni mühitə uyğunlaşmaqda problem yaşamayan və ən əsası isə, yoldaşları arasında özünü ifadə etməkdə heç vaxt “maneə ilə qarşılaşmayan” bir insan təsiri bağışladığınızı başa düşmək olar. Ona görə də, bu xüsusiyyətlərinizin sizə indiki və gələcək həyatınızda çox böyük üstünlüklər qazandıracağını unutmamalı və bu xüsusiyyətlərinizi bundan sonra da mühafizə etməli olduğunuzu yadda saxlamalısınız. Təşəkkürlər…
“b” bəndi çoxluq təşkil edənlər:
Çox utancaq insan olmasanız da, bəzən yeni insanlarla tanış olduqda çətinlik çəkdiyinizi, yeni mühitə düşdükdə uyğunlaşmaqda problem yaşadığınzı, yoldaşlarınız arasında olduqda özünüzü ifadə etməkdə maneələrlə qarşılaşdığınızı demək olar. Unutmayın ki, bir problemi aradan qaldırmaq üçün ən yaxşı yol o problemlə üz-üzə gəlmək, ya da o problemin üzərinə getməkdir. Əgər, yuxarıda ifadə etdiyimiz problemlərdə sizin üçün maneə təşkil edən sahələri müəyyən etsəniz və sonra da bu sahələrin üzərinə getsəniz, o problemlərə asan qalib gələ bilərsiniz.
Uğurlar!
“a” bəndi çoxluq təşkil edənlər:

Verdiyiniz cavablardan da məlum olur ki, hər dəfə yeni insanlarla tanış olmaq, hər dəfə yeni mühitə uyğunlaşmaq, hər dəfə özünüzü yoldaşlarınız arasında ifadə etmək… Sizə çox çətin gəlir. Digər tərəfdən, hər dəfə bir iş görəndə: “Görəsən insanlar mənim haqqımda nə düşünürlər?” – deyə fikirləşirsiniz. Əgər bütün bu dediklərimizin sizin üçün doğru olduğunu hesab edirsinizsə, bunun üçün əvvəlcə psixoloqun yanına gedin, sonra vəziyyəti ona izah edin, daha sonra da onun dediyi şeyləri yerinə yetirin.
Həmişə uğur qazanmaq diləyi ilə!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz