Ailədəki problemləri necə həll etməli? - PSİXOLOJİ BAXIŞ

06 Aralık 2016
1 096
0
Ailədəki problemləri necə həll etməli? - PSİXOLOJİ BAXIŞ
Son zamanlar boşanmalar daha çoxdur və artmağa davam edir. Bəs ailələrin dağılmasına səbəb nədir? Ailə qurarkən hər kəs xoşbəxt olmaq üçün evlənir, bəs bu xoşbəxtliyin qarşısını alan nədir? Yəni ailə həyatı quran şəxslər nələrə diqqət etməlidirlər? Uzun zamandan bəri həll olunmayan qayınana-gəlin, ər-arvad çəkişməsi, yaxud kənar şəxslərin müdaxiləsi?
Qayınana və gəlin probleminin başlıca yaranma səbəbi “sahiblənmə” duyğusudur. Araşdırmalar göstərib ki, qadınlarda kişilərlə müqayisədə sahiblənmə duyğusu daha yüksəkdir! Ana övladını, evini, yoldaşını, işini demək olar ki, hər şeyi sahiblənir! Oğul mənimdirsə, onun evi də, yoldaşı da, övladları da mənimdir deyə sahiblənməyə başlayır. Burada isə nəzərə alınmalıdır ki, gəlin də bir qadındır və onun sahiblənmə duyğusu var və elə burada “qayınana-gəlin” problemi yaranmağa başlayır.
Bunun həlli gəlinin və yoldaşının üzərinə düşür. Yəni gəlin nəzərə almalıdır ki, qayınanası oğlunu itirmək qorxusu yaşayır. Bu məqamda gəlinlər bir az daha təmkinli olmalıdırlar. Kişinin üzərinə düşən vəzifə isə “mənim anama yaxın ol, yaxud mənim anamı sev və ya mənim anama hörmət et” kimi sözlərdən istifadə edərək, yoldaşınızı sıxışdırmayasınız. Çünki sizin israrınız ilə yaranan bir münasibət əlbəttə bir yerdə qırılacaq və davamlı olmayacaqdır! Əsla ananız və yoldaşınızı müqayisə etməyin, belə bir şəraitin yaranmasının qarşısını alın!
Qayınanalar gəlinə hər şeyi öyrətməyə çalışır, yəni artıq o, gəlinini tam hazır bir şəkildə görmək istəyir. Lakin diqqət etməlidir ki, gəlinin yaş və təcrübəsi onunla eyni deyil! Nəyisə öyrətməyə çalışmayın, buraxın zaman öyrətsin. Gəlinlər qayınananın müdaxiləsinə icazə verməlidirlər. Əgər qayınana evdə nəyisə dəyişmək istəsə, yaxud səhv tapsa, onu dəstəkləyin. Çünki qayınanalar təsdiqlənməyi sevirlər. Bu isə müvəqqəti bir hissdir, yəni zamanla itirmək qorxusu itdikcə artıq sizin işinizəqarışmayacaq!
Ər-arvad münaqişələrinin səbəbi isə evdə yoldaşın danışmamağı, yaxud da telefon və s. kimi texnoloji vasitələrdən istifadə edərək, ona vaxt ayırmamasıdır. Xanımlar ilk növbədə baxmalıdır ki, yoldaşının anası ilə münasibət necədir? Anası onunla necə rəftar edir? Yoldaşı özünə bağlamağın ən yaxşı yolu anasından öyrənməkdir! Və yoldaşınızın marağı nəyədir? Məsələn,futbol, maşın, siyasət və s. Onun maraq dairəsindən danışın və beləliklə artıq yoldaşınız sizi həm dinləməyə, həm də danışdırmağa meyl edəcəkdir. Bu gün ailələrə mənfi tərəfdən müdaxilə çoxdur. Qohumlar, qonşular, dost-tanışlar ailəyə müdaxilə etməyə çalışırlar. “Bu cür danış”, “bu tərzdə cavab versən yaxşıdır”, yaxud “mən sənin yerində olmaq istəmərəm” kimi cümlələrdən istifadə edərək, ailədəki kiçik bir problemi həll olunmaz vəziyyətə gətirib çıxarmağı bacarırlar. Yaxşı olardı ki, buna icazə verməyəsiniz. Ailəniz sizin məhrəmiyyətiniz və şəxsi məkanınızdır, başqasının ora müdaxiləsi düzgün deyil, bu, sizin ən yaxınınız olsa belə!

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Aytən Əlizadə (pcc.az)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.