Ən Çox Kalori Yandıran Qidalar

07 Aralık 2016
4 840
0
Ən Çox Kalori Yandıran Qidalar
Sağlam şəkildə arıqlamaq üçün qidaların tərkibi böyük əhəmiyyət kəsb edir. Bəzi qidalar kökəlməni artırırsa bəziləri də kalori yanmasını sürətləndirir. Diyetoloq Olcay Barış kalori əridən qidalar haqqında bilgi verir :


1. Süd məhsulları

Ən Çox Kalori Yandıran Qidalar

Kalsium mənbəyi olan süd məhsulları kalori əridən qida siyahılarının başında gəlir. Yağlılığı az olan süd , qatıq, ayran yağ əriməsini sürətləndirir. Buna görə də süd məhsullarından gündə iki dəfə istifadə edin.



2. Üzüm

Ən Çox Kalori Yandıran Qidalar

Xüsusi ilə qırmızı üzüm , tut, yerbadamındakı antioksidan xüsusiyyəti olan resveratrol maddəsi yağın həll olmasına kömək edir. Bu səbələ pəhriz saxlayanlara gündə bir xörək qaşığı bu qidalardan yararlanması tövsiyyə edilir.



3. Qırmızı Bibər

Ən Çox Kalori Yandıran Qidalar

Qırmızı bibər bədən hərarətini qaldıraraq yağların əriməsini sürətləndirir. İçindəki acı maddə qan dövranını sürətləndirirək bədənin istiliyini artırır. Bədən tempraturu qalxdıqca yağların əriməsi sürətlənir.



4. Lifli qidalar

Ən Çox Kalori Yandıran Qidalar

Lifli qidalar bədəndə yağ yığılmasını əngəlləyir. Kahı, ispanaq , pomidor kimi tərəvəzlərdə olan bol lif toxluq hissi yaradır və bədəndə kalori artmasına imkan vermir.



5. Yaşıl çay

Ən Çox Kalori Yandıran Qidalar

Sağlamlıq deposu olan yaşıl çay : ehtiva etdiyi katesin maddələr mübadiləsini və qaraciyərin yandırdığı yağ nisbətini sürətləndirir. Gündə 2-3 fincan yaşılçay içə bilərsiniz



Hazırladı : Əliyeva Günay
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.