Kişilərdə saç tökülməsinin əsas səbəbləri nələrdir?

09 Aralık 2016
2 145
0
Kişilərdə saç tökülməsinin əsas səbəbləri nələrdir?
Başının təpə və gicgah hissəsində saçları çox tökülən kişilərin prostat xərçənginə yoluxma riski daha çoxdur.

ABŞ-da aparılan bir araşdırma təpə və gicgahında tük qalmayan 45 və artıq yaşda olan kişilərin prostat xərçənginə yoluxma riskinin yüzdə 40 artıq olduğunu ortaya çıxarıb.

Keçəlliyin səbəbi kişilik hormonunun artmasıdır


Ancaq elm adamları keçəlliyin digər növlərinin prostat xərçəngiylə əlaqəli olmadığını deyib. Keçəlliyə kişilik hormonunun artmasının səbəb olduğunu deyən elm adamları bu halın da xərçəngə yol aça biləcəyini bildiriblər.

Saç tökülməsi nələrin əlamətidir?


Saç tökülməsi ürək xəstəliyi, prostat böyüməsi, stress, 2-ci dərəcəli şəkər xəstəliyi, qadınlarda polikistoz over sindromu, tiroid vəz problemləri, immun sistem problemləri kimi xəstəliklərin əlaməti ola bilər.

Ancaq saç tökülməsinin kişilər üçün bir yaxş tərəfi də var. Əgər saç tökülməsinin səbəbi testesteron səviyyəsi ilə bağlıdırsa, bu, cinsi həyatınızın daha yaxşı olacağı anlamına gəlir. Çünki yüksək testesteron saç köklərini zəiflətməklə yanaşı libidonu da artırır.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.