Afrika tayfaları - Foto

Afrika tayfaları - Foto
Afrika- əsrarəngiz təbiəti,qeyri-adi insanların,adət-ənənələrin,həyat yaşantılarının cəmləşdiyi qitə.Sivilizasiyanın inkişaf etdiyi bir dövrdə öz həyat tərzini,adət-ənənələrini yaşatmağa çalışan etnik qruplar Afrikanın ekvatorial ərazilərində məskunlaşıblar.Yarıköçəri həyat sürən tayfalar buraya turist axınının gəlişinə səbəb olurlar.Bu tayfalardan bəziləri müasir inkişafa nisbətən ayaq uydurur, bəziləri isə öz yaşam tərzlərini inkişafa qarşı hər vəclə qoruyub saxlamağa çalışırlar.Bir-biri ilə təzad təşkil edən iki tayfa haqqında qısa şəkildə məlumat verək:

Masai-Afrikanın qeyri-adi və məhşur tayfalarından biridir.Öz məşhurluğunu nəsildən-nəsilə ötürülən mədəniyyət və adət-ənənələrinə borcludurlar.Müasir sivilzasiyanın təsirinə baxmayaraq insanlar öz qədim həyat yaşamlarına sadiqdirlər və bu da onları Kenyanın mədəniyyət simvoluna çevirmişdir.Lakin buna rəğmən,kənddə, texnologiyanın cazibəsinə müqavimət göstərə bilməyən bəzi masailər cib telefonu istifadə edirlər,elektrikin olmadığına görə, telefonlarına ətrafdakı qonaq evlərində elektrik doldururlar.Masailər və ya Maasailər Tanzaniya və Keniya sərhədləri yaxınlığında “Masai Mara” adlı ərazidə yarıköçəri həyat tərzi sürürlər.900.000 əhalisi olan Masailər Maa dilində danışırlar.Qəbilədə əhəmiyyətli qərarlar yaşlı kişilər tərəfindən verilir.Döyüş mədəniyyəti tayfada mühüm önəm kəsb edir.Uşaq yaşlarından gənclər döyüş mədəniyyətini öyrənməyə başlayırlar.Bunun səbəbi tayfanı başqa tayfaların,vəhşi heyvanların hücumlarından qorumaqdır.Müxtəlif rituallar və sınaqlardan keçdikdən sonra gənclər döyüşçü adını qazanırlar.

Afrika tayfaları - Foto


Su ehtiyaclarını ətrafdakı axar sulardan daşıyaraq ödəyən masailər, elektrikdən istifadə etmirlər . Keniya hökumətinin verdiyi qərarla, yalnız qəbilə rəislərinin oğulları məktəbə gedir və İngiliscə öyrənirlər.Kənddə məktəb ,sinif otaqları yoxdur və uşaqlar kitabsız,formasız dərslərə gedirlər.Ənənəvi geyimləri heyvan dərilərindən hazırlanan paltarlar olsa da, Masailər rəngli parçalardan geyimlərə daha çox üstünlük verirlər.Günlərinin böyük bir hissəsini ev işləriylə keçirən qadınlar, sürüyə baxır,ətrafdan yığdıqlarıyla müxtəlif bəzək əşyaları düzəldirlər. Ənənəvi olaraq sırqalıqlarını kəsən masailər, bu kəsiyə yerləşdirdikləri taxta parçasıyla da dəliyi genişləndirirlər.Həm kişilər həm də qadınlar qulaqlarına metal halqalar taxırlar.

Afrika tayfaları - Foto


Qəbilə, turistlərə müəyyən bir ödənişlə kəndlərini gəzdirir. Qonaqlarına ənənəvi rəqs nümayişləri təqdim edən masailər, ovlarda istifadə etdikləri ox, burma və mizraq kimi alətləri də tanıdır.Kəndi gəzən xaricilərə, primitiv şərtlərlə ocaq yandırmağı göstərən masailər, kəndin ortasındakı boş sahəyə qurduqları sərgilərdə də hədiyyəlik əşya satırlar. Masailər, bu şəkildə əldə etdikləri gəlirlə qəbilənin ehtiyaclarını qarşılayırlar.

Afrika tayfaları - Foto


Mursi- Efiopiyanın şimal-şərqində yaşayan Mursilər Afrikanın ən məhşur, qorxulu və aqresiv tayfası hesab olunur.Mursilər Mursi dilində danışırlar.Dinləri animizimdir. Məhşurluğun səbəbi alt dodağında boşqab taxan qadınlardır. Bu unikal şəkillər və video materiallar hazırlamaq istəyən turistləri buraya cəlb edir. Amma bu onların həyat tərzinə çox təsir edir və onları daha da aqresivləşdirir.Daimi turist axını, şəkil və video çəkilişlərə reaksiyaları bu şəkildədir: “Onlar gəlirlər,bizi çəkirlər.Sanki biz zoorparkda yaşayan meymunlarıq”.Turistlər gəldikləri zaman bütün tayfa əhalisi onları əhatəyə alır və bacardıqları qədər onlarla sərt rəftar etməyə çalışırlar.Bununla bərabər onlar, ən gözəl paltarlarını geyinir və bəzək əşyalarını taxırlar.Geyim və bəzəklər nə qədər qeyri-adi olsa, şəkil və ya video çəkilişlər üçün bir o qədər çox məbləğ ödənilir.Hətta uşaqlar da turistləri “You money” və ya “You birr” adlandıraraq onlardan pul istəyirlər.

Afrika tayfaları - Foto


Tayfa kişiləri demək olar ki,hər biri daim özləriylə dəyənək və ya qeyri leqal yolla əldə etdikləri Kalaşnikov avtomatı gəzdirirlər.Etnik qrupda, yetkinlik yaşına çatmış qadınlar kiçik yaşda deşərək genişləndirdikləri alt dodaqlarına kiçik boşqab taxirlar.Boşqabı, zaman keçdikcə daha böyükləriylə əvəz edirlər.Qulaqlarını deşib qab,göbələk şəklində bəzəyirlər.Kişilər, saçlarını ülgüclə təraş edirlər.Bədən boyama azadlıq ifadəsidir.Kol tikanları və ya ülgüclə bədənlərinə şramlar çəkirlər.Bunlar müxtəlif formalarda olur.Uşaqlar, meyvə və müxtəlif bitkilərdən düzəltdikləri əşyalarla özlərini bəzəyirlər.Mursilərin şimal qonşuları Bodilərdir.1979-cu ildə Marada hakimiyyət uğrunda mübarizəyə başlamışdılar.Bu ərazi əvvəl Bodilərin olsa da Mursilər buranı işğal etmişdirlər.

Afrika tayfaları - Foto

Afrika tayfaları - Foto
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.