Sirri açılmayan "Max Headroom" hadisəsi

11 Aralık 2016
1 203
0
Sirri açılmayan "Max Headroom" hadisəsi
Televiziya tarixinin ən qəribə pirat yayımı
Tarix 22 oktyabr 1987-ci il idi. Bir bazar günü axşamı ABŞ-da fəaliyyət göstərən iki televiziya kanalında qəribə hadisələr baş verdi. Saat 21:14-də "Wgn" televiziya kanalında (channel 9) canlı xəbərlər proqramı zamanı yayım kəsildi. Ekranda üzündə "max headroom" maskası olan biri, 28 saniyə ərzində qəribə hərəkətlər edərək, anlaşılmaz sözlərdən istifadə etdi.

Televiziya əməkdaşları təcili şəkildə yayımı kəsməyi bacardılar. Lakin, təxminən 2 saat sonra 23:15 radələrində bu dəfə "Wttw" kanalının (channel 11) yayımı kəsildi. Yenə eyni şəkildə, üzündə maska olan şəxs görüldü. Həmin şəxs anlaşılmaz sözlərdən istifadə edərək, qeyri-adi hərəkətlər etdi. 88 saniyəlik yayım bitdikdən sonra kanalın normal yayımı davam etdi.

Həmin gün canlı yayımı izləyənlər heç bir şey anlamadılar və yayıma necə qoşulduğu bilinməyən həmin şəxsdən bir daha xəbər çıxmadı. Efirə qoşulmağın yolunu tapan həmin şəxs heç vaxt tapılmadı.

Qeyd edək ki, belə bir hadisəyə 1986-cı ildə də rast gəlinib. Həmin dönəmdə şifrəli kanallara etiraz edən biri yayımı ələ keçirməyi bacarmışdı. O, qısa bir zamanda tutulmuş və 5 min dollar cəza almışdı.

İddialar görə yayıma belə müdaxilə etmək bir nəfərin işi deyil. Bunun üçün piratın yüz minlərlə dollara baha başa gələn bir sistem qurması lazımdır. Belə bir müdaxilənin bir adamın öz evində təkbaşına qurması mümkünsüzdür.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.