Yeni il ilə bağlı ən maraqlı faktlar

12 Aralık 2016
2 905
0
Yeni il ilə bağlı ən maraqlı faktlar
Yeni il ərəfəsində biz sizə bu bayram haqqında maraqlı faktları təqdim etmək istəyirik. Bu gün bizimlə bərabər Yeni il haqqında bilmədiklərinizi öyrənəcəksiniz.
Yeni ilə bənzər bayramın keçirilməsi haqqında məlumatlar b. e. 3-cü minillikdə Mesopatamiyaya aiddir.
Şam ağacını bəzəmək ənənəsi ilk dəfə orta əsrlərdə müasir Almaniyanın ərazisində əmələ gəlmişdi.
1 yanvardan etibarən yeni ili I Pyotrun sərəncamından sonra qeyd etməyə başladılar.
İlk dəfə Şaxta baba 1840-cı ildə Odoyevskinin “İriney babanın nağılları”nın personajı kimi xatırlanır. “Şaxta daşıyıcısı” nın kökləri isə slavyan mifologiyasına gedir.
Qarqız və Şaxta baba isə sovet vaxtlarında yaranmışdılar. İlk dəfə 1937-ci ildə bayramda Qar qızının və Şaxta babanın dueti baş tutmuşdu.
Rəsmi olaraq Yeni ilin əsas personajının ad gününü 18 noyabrda qeyd edirlər.
Qar qızının vətəni Kostrom əlayətidir. “Qar qızı” pyesinin müəllifi Aleksandr Ostrovskiy də Kostrom əlayətindəndir.
İspaniyada və Kubada Yeni ildə 12 üzüm yemək kimi bir adət var.
Yeni ildə fişəng partlatmaq adəti Asiyadan gəlib. Bunun mənası ondadır ki, fişəng nə qədər rəngarəng və yüksək səsli olsa, pis ruhlar bir o qədər qorxarlar.
Santa Klausun marallarının adı Deşer, Dener, Prenser, Viksen, Komet, Donner, Blitsendir. Şimali Amerikada sürünün başçısı qırmızı burunlu Rudolfdur.
Kiprdə Şaxta babanı Vasiliy kimi adlandırırlar.
Ceyms Beluşi aktyor karyerasına başlamamışdan öncə Santa Klaus olaraq çalışırdı və hədiyyələr payladığı zaman polis tərəfindən saxlanmışdı. Santa Klausun qollarına uşaqların gözü qarşısında sürücülük vəsiqəsi olmadığı üçün qandal taxılmışdı.
Yaponiyada Yeni il ərəfəsində dırmıq əldə etmək məşhurdur. Bu daha böyük xoşbəxtlik əldə etmək mənasına gəlir.
İlk dəfə işıq saçan elektrik grelyandı 1895-ci ildə Ağ evin qarşısında asmışdılar.
Kambocidə Şaxta baba əvəzinə İstilik babadır.
19-cu əsrin ortalarında İsveçdə ilk şüşədən düzəldilmiş şam ağacı oyuncaqları əmələ gəlmişdi.
İlk milad açıqçası ilk dəfə İngiltərədə 1843-cü ildə əmələ gəlmişdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.