Dikdaban ayaqqabıların ziyanları

Dikdaban ayaqqabıların ziyanları[s][/s]qa
Gözəl, cazibədar görünmək üçün geyindiyimiz, saatlarla üzərində durduğumuz dikdabanlı ayaqqabıların sağlamlığımıza ziyanlı tərəfləri də çoxdur.

1. Dikdabanlar yerişimizi dəyişməklə bərabər, dizimizdə kirəcləşmə problemləri də yarada bilir.

2. Ayaqların dikdaban içində əyilməsi baldır əzələlərinin qısalmasına və sıxılmasına səbəb olur.

3. Əsasən saatlarla darburunlu ayaqqabılar geyinildikdə barmaqlar ciddi şəkildə sıxılır və barmaqlarda sümük çıxması yaranır.

4. Ayaq biləyi əzələləri bədənimizdə ən sağlam yerdir. Bu əzələlər yeriyən vaxt bədənin ağırlığının 3.9, qaçan zaman isə 7.7 qat ağırlında yük daşıya bilər. Ancaq dikdabanlarda ayağın önə doğru əyilməsi ayaq əzələlərinin qısalmasına və yararsız hala düşəməsinə səbəb ola bilər.

5. Ayaq darağı deyilən sümüklər arasında sinirlər yerləşir. Topuqlu və darburunlu ayaqqabılar barmaqlardakı sinir toxumalarının sıxılmasına, qalınlaşmasına səbəb olur ki, bu da 3 və 4-cü barmaqlar arasındakı sinirlərin sıxılmasına və ayağın uyuşmasına gətirib çıxarar.

6. Ayaqlarımız bədənimizi daşıyan ən vacib orqanizmdir. Bədən ağırlığının 60 faizi topuqda, 40 faizi isə barmaqlarda daşınır. Ancaq dikdabanlarda bütün yük barmaq uclarına düşür və yaralanmlara, sümük çıxılımalarına gətirib çıxarır.

7. Dikdabanlar yalnız ayaqda yox, həmçinin ayaq biləyi, diz, beldə də şiddətli ağrılara səbəb ola bilir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.