Nargilə vərəm və ağciyər xərçəngi yaradır

20 Aralık 2016
1 708
0
Nargilə vərəm və ağciyər xərçəngi yaradır
Nargilənin, "Hepatit C" xəstəliyi başda olmaqla ağız, ağciyər xərçəngi, ürək xəstəlikləri, bronxit, vərəm kimi bir çox ölümlə nəticələnən xəstəliyə gətirib çıxardığı ifadə edilir.

Nargilə istifadəçiləri nargiləni siqaretdən fərqli, zərərsiz bir məhsul hesab etsə də, elmi işlərin nargilənin zərərsiz bir məhsul olmadığını açıq bir şəkildə göz önünə gətirir. Mütəxəssislər, nargilənin gigiyenik olmadığını, "Hepatit C" xəstəliyi başda olmaqla ağız, ağciyər xərçəngi, ürək xəstəlikləri, bronxit, vərəm kimi çox sayda ölümlə nəticələnən xəstəliklərə yol açdığını söylədi.

Mütəxəssisləri nargilənin asılılıq yaratdığını, gənclərin sağlamlığını təhlükəyə atdığını söyləyərək, valideynləri diqqətli olmağa çağırdı.

Siqaret, siqar, tənbəki, tütün ölümə gətirib çıxardığı kimi, nargilənin də ən az bunlar qədər zərərli olduğu öyrənildi.

Xammalı tütün olan nargilə, siqaretin bütün zərərlərindən əlavə olaraq, istifadə edilən kömürün də zərərli təsiriylə birlikdə iki qat daha zərərlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.