Dəridəki qəhvəyi ləkələri yox edir

22 Aralık 2016
1 940
0
Dəridəki qəhvəyi ləkələri yox edir
Qüsursuz bir dəri hər qadının xəyalıdır. Feat.Az xarici mətbuata istinadən bildirir ki, Parlaq və canlı bir dəridə ləkələr olmamalıdır. Xüsusilə çil və qəhvəyi ləkələrdən xilas olmaq üçün kosmetik məhsullar istifadə edilməkdədir. Bu məhsullar kimyəvi tərkibə malikdir. Kimyəvi tərkibi ilə bu məhsullar qısa vaxt üçün dərini parlaq göstərsə də, uzun müddətli deyil və bu dəri quruluşuna zərər verə bilər.

Feat.Az təbii, bitki mənşəli maskaları təqdim edir

Qatıq

Qatıq və yulaf əzməsi üz maskası olaraq istifadə edilə bilər.İlk olaraq qatıq və yulaf əzməsi qarışdırılır. Dəriyə tətbiq olunur və təxminən 15 ya da 20 dəqiqə boyunca dəridə gözlədilməlidir Ardından soyuq su ilə dəri durulanır. Yulaf əzməsi dəriyə işıqlıq verərək dəri quruluşunu qüvvətləndirir, ləkələri azaltmağa köməkçi olur və dərini nəmləndirir.

Çiyələk


Çiyələk vitaminlə zəngin bir qidadır. Bir büzücü olaraq yağları azaltmağa köməkçi olur. Əvvəlcə çiyələk əzilərək püre halına gətirilir. Əldə edilən xəmir barmaqların köməyi ilə dəriyə tətbiq olunur. Dəridə təxminən 15 ya da 20 dəqiqə qədər saxlanılır. Ardından ilıq su ilə yuyulmalıdır. Bu maskadan nizamlı istifadə edildiyində dərinin ləkəsiz və parlaq olmasına köməkçi olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.