Kardaşyan ailəsini təhqir etdi - "görəndə qusmağım gəlir"

23 Aralık 2016
1 463
0
Kardaşyan ailəsini təhqir etdi - "görəndə qusmağım gəlir"
Dünyanın ilk super modeli olan Janice Dickinson Kardaşyan ailəsini tənqid edib.

Feat.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, 61 yaşlı model "The Tomorrow Show" verilişində qonaq olarkən Kim Kardaşyan və Kenda Jennerin karyeraları barədə açıqlama verib.

O, 21 yaşlı Jennerin super model olmadığını söyləyib.

"O, heç vaxt super model olmayacaq. Mənimlə müqayisə edilməyəcək bir qızdır. Siz elə bil alma ilə portağalı müqayisə edirsiz. Aralarında çox fərq var".

Eks-model Kim Kardaşyan və həyat yoldaşı Kanye Vestin "Vogue 2014" jurnalı üçün çəkdirdiyi fotodan danışıb:

"Kimin çəkdirdiyi şəkli görəndə qusmağım gəlir. Onlar model deyil, realiti şou ulduzlarıdır. Mükəmməl model olmaq üçün çox çalışmaq lazımdır. Kardaşyanlar model ölçülərinə sahib deyillər".

Kardaşyan ailəsini təhqir etdi - "görəndə qusmağım gəlir"

Kardaşyan ailəsini təhqir etdi - "görəndə qusmağım gəlir"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.